Ulduz falı – Qonaqların gəlişinə sevinsəniz də, onlarla ünsiyyət sizi tez yoracaq
Qoç - emosional fon stabil deyil. Xırda və kiçik məsələlərə görə
əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız, yaxşı
nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər
alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla maraqlanacaq.
Yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Sizi yaxşı
anlamırlar. Siz isə izahatlara simiclik edirsiniz. Alış-veriş üçün
əlverişli gün deyil. Nəzərdə tutmadığınız əşyaları almayın. Belədə
pullar boşuna xərclənəcək.
Buğa - hər şey istədiyiniz kimi olmayacaq. Əsla gözləmədiyiniz
məqamda və məkanda çətinliklər yarana bilər. Qəfil, ciddi maliyyə
itkiləri ola bilər. İtirilən pulların bir qismini sonradan geri
qaytarmaq mümkün olsa da, proses böyük səy tələb edir. İşdə
rəhbərliklə fikir ayrılıqlları istisna deyil. İş yerini dəyişməyə
zərurətin yaranması istisna deyil.
Günün ikinci yarısının emosional fonu yaxşı deyil. Sinirli və
qıcıqlı olmayın. Ətrafınızdakı insanlar sizdən uzaqlaşmağa çalışa
bilərlər. Amma sizi sevən insan çox səbrli olacaq və sonucda
əhvalınızı yaxşılaşdıracaq.
Əkizlər - eksperimentlərə qatılmayın. Sınanmış, etibarlı
vasitələrdən yararlanın. Bir qədər əvvəl başladığınız işləri başa
vurun. Yeni işlərə başlamağa tələsməyin, əks təqdirdə qarışıqlıq və
geriləmə ola bilər. Dostlarla münasibətilərdə fikir ayrılığı
yaranacaq. Mübahisəni ciddi münaqişəyə çatdırmayın.
Şəxsi münasibətlərdə pərişan ola bilərsiniz. Romantik təmaslar
istədiyiniz kimi alınmır. Sevdiyiniz insanla təmaslardakı ciddi
problemi duyandan sonra məruz qaldığınız hisslərin məzmununu
anlayacaqsınız.
Xərçəng - iş nə qədər sizə çətin gəlsə də, əhəmiyyətli irəliləyişə
nail ola bilərsiniz. İnadkar, qətiyətli olun. Planlarınızı həyata
keçirmək üçün əzmlə çalışın. Sonucda istəyinizə çata bilərsiniz.
Bilik və bacarıqların artırılması üçün əlverişli gündür. Aldığınız
informasiyaların dərhal karınıza gələcəyini xəyal etməyin.
Günün ikinci yarısında planlaşdırılmamış vizit ola bilər.
Qonaqların gəlişinə sevinsəniz də, onlarla ünsiyyət sizi tez
yoracaq. Axşam saatları gəzinti və kiçik səfərlər, habelə romantik
ünsiyyət üçün sərfəlidir.
Şir - çox maraqlı, hadisələrlə zəngin gündür. Olaylar fərqli,
müsbət və mənfidir. Problem ondadır ki, yaranan imkanlara əksər
hallarda düzgün reaksiya vermirsiniz. Peşə fəaliyyəti ilə bağlı
çətinliklərinizi çözmək, karyera müstəvisində irəliləmək şansını
dəyərləndirin. Nüfuzlu insanlarla münasibətlərdə gərginlik
yaratmayın. Bəzi qərar, söz və addımlarınız aqressiv təsir
bağışlaya bilər.
Yaranan ideyalara ciddi yanaşın. Bir qədər sonra onların bəzilərini
reallaşdıra biləcəksiniz. Qarşınızda yeni imkanlar yaranır.
Bacarıq və potensialınıza inanın. Belə olarsa, ətrafınızdakı
insanlar da sizə inanacaqlar.
Qız - kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin
öhdəsindən əla gəlməyə çalışın. Qərarlarınız müdrik olsun.
Tələskənliyə yol verməyin, amma geridə də qalmayın, ətalətli və
süst olmayın. Məntiqlə davranın, yolunuzdan sapmayın.
Öz işlərinizi həll etmək əvəzinə bütün vaxtınızı başqalarının
problemlərinin çözülməsinə həsr etməyin. Yeni sahədə, işdə
fəaliyyətə başlamaq üçün əlverişli gündür. Yeni müttəfiqlər və
tərəfdaşlar qazanacaqsınız.
Yaxınlarla ünsiyyət, birgə istirahət, səfər və ya gəzinti üçün
əlverişli zamandır. Axşam saatlarında darıxmayacaqsınız.
Alış-veriş edə bilərsiniz.
Tərəzi - çətin, qarışıq, təbəddülatlı gündür. Bütün işlər
planlaşdırdığınız kimi alınmır. Özünüzdən savayı kimsəni
suçlamayın. Başqalarının münaqişələrinə qatılmayın. Sülhməramlı
cəhdləriniz uğursuzluğa düçar olacaq. Bir zamanlar sizə yardım
edən, dəstək verən insanlar indi sizi manipulyasiya qurbanı etməyə
can atırlar. Onlar böyük qurbanlar tələb edirlər.
Sərt, dönməz olun. Yalnız belə olan təqdirdə maraqlarınızı
qoruyaraq hifz edə bilərsiniz.
Mənfi təmayüllərin təsirlərinə rəğmən özünüz və yaxınlarınız üçün
xeyli iş görə bilərsiniz. Əsas məsələ sürətlə dəyişən situasiyaya
tez uyğunlaşmaq, ətrafınızdakı insanlar qarşısında ağır şərtlər
qoymamaqdır.
Başqalarının nöqsanlarına və zəifliklərinə dözümlü olun.
Əqrəb - gün asan və sadədir. Bir sıra işlərdə uğur qazana
bilərsiniz. Başlamalı olduğunuz işi intuitiv hiss edin. Təxirə
salmaq və ya başqasına tapşırılması gərəkən işi müyyənləşdirin,
vaxt və imkanlarınıza qənaət edin. Nikbin olun. İndiyədək sizdən
uzaq durmağa çalışan insanlar sizə can atırlar. Kommersiya
fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişli gündür.
Günün ikinci yarısı o qədər də uğurlu deyil. Mənfi təmayüllərin
təsiri güclənir, işdə fasilələr və gecikmələr yaranır. Kiçik
anlaşılmazlıqların ciddi problemlərə çevrilərək münaqişə ərəfəsi
olmasına imkan verməyin.
Artıq heç nə deməyin.
Oxatan - ciddi və önəmli işə başlasanız, uğur əldə edəcəksiniz.
Orijinal qərarlar qəbul edin. Mürəkkəb situasiyada qeyri-standard
davranmaqla ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz.
Lider məziyyətlərinizi nümayiş etdirsəniz, yeni müttəfiq və ya
tərəfdaş tapa bilərsiniz.
Bilik və bacarıqlarınızı, qabiliyyətinizi göstərmək üçün əlverişli
zamandır. İdeyalarınızı bölüşəndə onları dəstəkləyən olacaq.
Romantik təmaslar ola bilər.
Dostların yardım və dəstəyinə bel bağlamaq olar.
Oğlaq - rutin, yeknəsək gündür. Tərəfdaş və ya müttəfiq sizə
birləşən kimi irəliləyə biləcəksiniz. Birgə layihəyə başlamaq üçün
bundan yaxşı gün çətin ki, tapılsın. Planlaşdırılmamış vizitlər ola
bilər. Qonaqlara sevinəcəksiniz.
Dəvət aldığınız toplantıya, çağırıldığınız məclisə gedin.
Yanınızdakı şəxslərin sizə rəğbəti var.
Yeni tanışlıqlar olacaq. Lakin belə tanışlıqların sizdə ciddi maraq
yaratması çətin məsələdir.
Dolça - rəsmi olmayan şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə
dostlarla görüşdən həzz alacaq, yeni tanışlıqlar əldə edəcəksiniz.
Orijinal qərarlar qəbul edərək ekstravaqantlığınızla ətrafdakıları
heyrətləndirə bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-standart
davranmaq olar.
Qonaq qəbul etmək və ya qonaq getmək üçün yaxşı gündür. Peşəkar
fəaliyyətinizdə sizə yardım edə biləcək insanlarla ünsiyyətdə aktiv
olun.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - sadə olmayan gündür. Yolunuzda çoxsaylı sədlər və
maneələr yaranır. Onları dəf etməyin mümkünsüz olduğunu düşünməyin.
Çətinliklər az deyil, amma nikbin olun. Ən mürəkkəb anda yanınızda
sizə mənəvi dəstək verməklə yanaşı, real kömək edəcək insanı
görəcəksiniz. Köhnə dostlar və sadiq işgüzar tərəfdaşlarla görüş
üçün münasib gündür.