Ulduz falı – Özünüzü qoruyun, orqanizminizi sınağa çəkməyin
Qoç - qətiyyətli və inamlı addımlar, qərarlar üçün əlverişli
gündür. İmprovizə edə bilərsiniz. Hadisələr gözlənilməz məcrada
inkişaf edirsə, adekvat addımlar atın. Çaş-baş qalmayın. Yeni
tanışlıqlar asanlıqla yaranır. Nikbin və pozitiv olun.
Komandada çalışmaq pis deyi, amma müstəqil fəaliyyət də effektiv
ola bilər. Anlaşmalar gəlir gətirəcək. Alınan pulların məbləği arta
bilər.
Axşam saatlarında həyat potensialı səviyyəsi aşağı düşəcək. Özünüzü
qoruyun, orqanizminizi sınağa çəkməyin.
Buğa - səbrli və təmkinli olun. Məqsədə doğru inadlı, əzmli hərəkət
istənilən, gözlənilən effekti verməyəcək. Bununla belə, xoşagəlməz
fəsadlar da olmayacaq. Hadisələrin axarını sürətləndirməyə,
əməkdaşlıq və ya tərəfdaşlıq etdiyiniz insanlara təzyiq göstərməyə,
çoxdan yaranmış münaqişəni dərhal çözmək cəhdləri heç bir nəticə
verməyəcək. Olayların öz axarı ilə cərəyan etməsinə maneələr
yaratmayın.
Sadəcə, cari işlərlə məşğul olun.
İşlərin istədiyiniz kimi getməməsi sizi qıcıqlandırmasın.
Başqalarının təklif etdiyi həll variantının sizin təklifi
üstələməsini anlayanda belə, ifrata varmayın, aqressivlik etməyin.
Neqativ emosiyalar sizi səhvlərə vadar etməsin.
Əkizlər - səhih davranış modelini sevmək çətindir. Sizə yardım
etmək istəyənlərlə sərt davranmayın. Yaxın ətrafınızdakı insanlarla
ünsiyyətdə kiçik problemlər yarana bilər. Çətinliklərə sərt
reaksiya münaqişəyə səbəb olacaq. İxtilaf və fikir ayrılıqlarının
qarşıdurmaya səbəb olmasına rəvac verməyin. Heç bir səbəb olmadan
aqressiv davranmayın.
Maliyyə durumu sizi yanıltmasın. Gəlirlər çox olmasa da, vəziyyət
pis deyil. Dostlarla təmas üçün yaxşı vaxtdır. Özünüzü yaxşı hiss
edə biləcəyiniz yeri seçin.
Xərçəng - cari işləri yerinə yetirmək üçün əlverişli zamandır.
Əyləncə və istirahət niyyətinə aldanaraq həllini tələb edən
problemi qulaqardına vurmayın. Sizə maraqlı təsir bağışlayan işi
birgə yerinə yetirmək üçün həmfikir və ya müttəfiq tapın.
Evdə kiçik anlaşılmazlıqlar və çətinliklər ola bilər. Problemlərin
öhdəsindən gələcəksiniz.
Gəlirlər istisna deyil. Çoxdan bəri arzuladığınız əşyanı, nəhayət
ki, əldə edəcəksiniz. Sevdiyiniz insanla təmaslarda çətinliklər
yaratmayın. Addım və qərarlarınızın motivləri bəlli olmalıdır.
Şir - planlaşdırdığınız işin dərhal alınmaması sizi narahat
etməməli, təlaşa salmamalıdır. Əsas məsələ təslim olmamaq, səbrlə,
tədricən irəliləməkdir. Dostlar və yaxınlarınıza verdiyiniz
vədləri, öhdəliklərinizi unutmayın. Öz maraqlarınız və başqalarının
mənafeləri arasında seçim etməlisiniz. Ətrafınızdakı insanların
fikrini mütləq nəzərə alın. Xudpəsənd, təşəxxüslü olmayın.
Köhnə dostlarla təmaslarda problemlər yarana bilər. Pul məsələsi
anlaşılmazlıqlara səbəb olmasın. Yaşam potensialı səviyyəsi
aşağıdır. Yorğunluq səhhətinizdə problemlər yarada bilər. Özünüzü
qoruyun, qədərindən artıq iş görməyin.
Qız - yaxşı, uğurlu və əlverişli gündür. Lakin ehtiyatlı olun,
duruma nəzarət edin. Nəzərdə tutulmamış alış-verişdə bədxərclik
etməyin. Xərcləri minimuma endirin. Yaxşı tanımadığınız insanların
xoş sözlərinə rəğmən, onlara etibar etməyin. Məqsədə çatmaq üçün
formalaşmış ənənələr çərçivəsindən və qaydalarından məngənəsindən
çıxmaq gərəkdir. Bu, sizə xoş gəlməyə bilər.
Peşəkar fəaliyyət müstəvisi ilə bahəm, şəxsi münasibətlərdə
irəliləyişə nail olacaqsınız. İstənilən, hətta ən ağrılı
məsələlərin müzakirəsinə hazır olun. Güzəşt və kompromisin önəmini
anlayın. Ətrafınızdakı insanların gizli istəkləri və niyyətlərindən
xəbər tutun. Ünsiyyət, danışıqlar və sövdələşmələr üçün münasib
gündür.
Tərəzi - çətin və ya həddən artıq mürəkkəb olmasa da, xoşagəlməz
nüanslar yaradacaq gündür. Problemlərin səbəbləri qeyri-stabil
emosional fondadır. Sinirlənməyin, kiçik məsələlərə görə təbdən
çıxmayın. İndiyədək əla münasibətlərinizin olduğu insanlarla kobud
danışmayın. Günün ikinci yarısında fəaliyyət tempini bir qədər
azaldın. Mühüm və çətin işlə bir qədər sonra məşğul olmaq
mümkündür. Qarışıq hisslər sizi yoracaq.
Ən yaxın insanlarla münasibətlərdə aqressiv olmayın. Şəxsi
sərhədlərinizin pozulduğunu düşünüb hücuma keçməyin.
Əqrəb - gərgin və çətin gündür. Lakin dostlar və yardımçıların
köməyi ilə problemi həll edə bilərsiniz. Ötənlərə qayıtmaq, bir
zamanlar kəsilmiş münasibətləri bərpa etmək istəyi yaranacaq. Amma
unutmayın ki, səhvlərin təkrarlanmasına yol verməmək asan deyil.
Problemlər daha ciddi formada geri qayıda bilər.
Önəmli məsələləri müzakirə etmək üçün əlverişli zaman deyil. Vədlər
verməyin, öhdəliklər götürməyin. Onların əksəriyyətini yerinə
yetirmək olduqca çətindir. Məşğul olduğunuz istənilən işdə
xırdalıqlara və detallara xüsusi fikir verin. Uğur məhz onlardan
asılıdır.
Oxatan - günün ilk yarısı həddən ziyadə uğurludur. Aktiv və
enerjili olsanız, çox işlərin öhdəsindən gələ bilərsiniz. Mürəkkəb
işlərə çəkinmədən başlayın. Uğursuzluq ehtimalı sizi qorxutmasın.
Yaxın ətrafınızdakı insanlar sizə həvəslə yardım edəcəklər.
Daşınmaz əmlak məsələsini həll etmək, alış-veriş etmək olar.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Qəfil qonaq sizi
sevindirəcək.
Kulinar eksperimenti gerçəkləşdirə bilərsiniz.
Oğlaq - arxanızdakı körpüləri yandıraraq məqsədə doğru maniakal
qətiyyətlə irəliləməyin. Hədəfə çatmaq üçün sizə inanmayan
müttəfiqlə vidalaşa bilərsiniz. İşgüzar münasibətlərdə
dəyişikliklər edin. Nüfuzunuzu və mövqelərinizi gücləndirin. Bəzi
hallarda ətrafınızdakı insanlara onlardan üstün olduğunuzu göstərə
bilərsiniz.
Günün ikinci yarısı təlaşlı xəbər zamanıdır. Soyuqqanlı olun, anın
diqtəsinə uyaraq emosional davranmayın. Hər şeyi
düşünüb-daşınsanız, ciddi narahatlıq üçün səbəb olmadığını
anlayacaqsınız. Uzaq qohumlardan birinin sizin yardımınıza ehtiyacı
var.
Dolça - kiçik problemlər və çətinliklər olsa da, ümumən uğurlu
gündür. Yaranan problemləri dərhal, təxirə salmadan həll etməyə
çalışın. Həmfikir və dostların yardımlarından, dəstəyindən
yararlana bilərsiniz. Amma birgə fəaliyyətlə müqayisədə müstəqil
çalışmağınız daha çox effekt verə bilər.
Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Yaxınlarınızla təmaslar
sizi sevindirəcək, xoş anlar bəxş edəcək. Uzaq qohumlar qonaq gələ
bilər.
Günün ikinci yarısında dəyərli hədiyyə və ya gəlir istisna
deyil.
Balıqlar - imkanlarınız və potensialınızın dürüst
qiymətləndirilməsi sizi yanlışlıqdardan qoruyacaq. Əvvəlcə
intuisiyanıza, sonra isə ətrafınızdakı insanların dediklərinə və
mövqelərinə inansanız, müdrik addım atmış olarsınız. Kənardan
absurd görünən addımlar ata bilərsiniz. Lakin nəyi nə üçün
etdiyinizi bilin.
Gəlir istisna deyil. Eyni zamanda ciddi məsrəfldər də ola bilər.
Alış-veriş etmək olar.