Ulduz falı – İkiqat aktivliklə çalışın
Qoç - Heç olmasa, bu gün inadkar, tərs olmayın. Çevik,
kompromisslərə meylli, dil tapmağa hazır olun. İşdə rəhbərlik və
həmkarlarla olan çoxdankı fikir ayrılıqlarını aradan qaldırın. Belə
olarsa, çalışma ritminin artdığını, mühitin yaxşılaşdığını hiss
edəcəksiniz.
İkiqat aktivliklə çalışın.
Yeni nə isə istəyirsinizsə, imicinizlə eksperimentlər edə
bilərsiniz. İdmanla məşğul olmaq effektiv nəticə verəcək. Yaşam
enerjiniz çoxdur, yorulmayacaqsınız.
Buğa - Yaşam və fəaliyyət arealında yenilənmələr aparmaq üçün
əlverişli zamandır. Alış-veriş etmək olar. Bəyəndiyiniz əşyanı və
ya məhsulu almaq üçün pul xərcləməkdən çəkinməyin. Səfər və ya
səyahətə hazırlaşmaq, planlaşdırmaq, təşkilati məsələləri həll
etmək olar.
Bu gün səfərə yollansanız, sizi yeni tanışlıqlar gözləyəcək.
Yenilikləri həvəslə əxz edin. Tətbiqi yaradıcılıqda qüvvənizi
sınayın.
Axşam saatlarında yaxşı istirahət edin.
Əkizlər - Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə
sürprizlər yaşana bilər. Yaşananlara ilk əvvəl təəccüblənəcəksiniz.
Lakin sonradan hadisələr sizə rutin təsir bağışlayacaq.
Arzuladığınız təklifi alanda belə, sevinə bilməyəcəksiniz.
Maraqlı tanışlıq, romantik münasibətlərin başlanması ola bilər.
Qida rasionuna diqqət yetirin. Tamahkarlıq etməyin, artıq yeməyin.
Faydalı olmayan ərzaq və təamları rasiona daxil etməyin.
Axşam saatları gəzinti və ya dostlarla görüş üçün əla zamandır.
Xərçəng - indiyədək həllolunmaz, müşkül sayılan məsələləri
asanlıqla çözə bilərsiniz. Darıxdığınız insanla qəfil görüş baş
tuta bilər. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, amma
sonradan təmasları kəsdiyiniz insanla görüş olacaq. Əlaqələrin
bərpasının gərəkli olub-olmadığını düşünün.
Yaşlı qohumlarla ünsiyyətdə səbirli, soyuqqanlı olun. Bu gün
onlarla dil tapmaq asan deyil. Məişət qayğıları və ya maliyyə
məsələləri fikir ayrılıqları ilə ixtilaf yarada bilər.
Şir - Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş hisslər
yaratmaq üçün əlverişli zamandır. Təbii, səmimi olun. Olduğundan
artıq görünməyə çalışmayın. İşdə rəhbərlik və həmkarlarla
münasibətlər harmonik olacaq. Rəqiblər sizinlə aşkar qarşıdurmaya
cürət etmirlər.
Maliyyə baxımından uğurlu gündür. Gəlirlər gözləniləndən də artıq
ola bilər. Hədiyyə istisna deyil. İşlərdən birinin nəticəsi
sevindirəcək. Yaradıcılıq prosesinin özü nikbin hisslər
yaradır.
Qız - Bir gün üçün anlaşılmazlıqlar və çətinliklərin sayı ifrata
çatacaq. Ruhdan düşməyin. Hər şey yoluna düşəcək. Problemləri həll
edən zaman əzmkar olun. Müttəfiqlərin yardımlarına arxalanaraq
rəqibləri üstələyin.
Günün ikinci yarısında alacağınız yaxşı məsləhət maliyyə itkilərinə
yol verməməyə yardım edə bilər.
Orqanizminizin imkanlarını olduğundan artıq dəyərləndirməyin. Hamı
kimi, sizin də istirahətə ehtiyacınız var. Etiraf etmək istəməsəniz
də, belədir. Gördüyünüz işlərin sayını, fəaliyyət intensivliyini
bir qədər azaldın. İfrat yorğunluq səhhətinizdə problemlər yarada
bilər.
Tərəzi - Sizi qətiyyətli və inadkar insan saymayan insanlar
yanıldıqlarını anlamalıdırlar. Buna nail olun. Sədlərə və maneələrə
fikir vermədən məqsədə doğru inamla irəliləyin. Bədxahlarınızın
ehtimallarının puç olduğunu göstərin, hədəfə daha tez çatın.
Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlar əldə edə bilərsiniz.
Gəlir əldə olunması və ya vəzifənin artması istisna deyil.
Yaxınlarınızla bu gün ən mübhəm, pünhan məsələlərlə bağlı danışa
bilərsiniz. Sizi dürüst anlayacaq, dəstəkləyəcəklər. Ailəvi
istirahətdə əhvalınız yaxşılaşacaq.
Əqrəb - Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini
düşünməyin. Bu, yanlışdır, illüziyadır. Bu gün təriflənmir və
dəyərləndirilmirsinizsə, deməli, sizə ya paxıllıq edirlər, ya da
kimsə hisslərini açıqlamağa utanır. İşgüzar danışıqlar və görüşlər
üçün əlverişli zamandır. Yalnız öz fikri ilə mövqeyini absolyut
həqiqət hesab edənlərin yanlış düşündüklərini deyə bilərsiniz.
Romantik məzmunlu tanışlıq ehtimalı yüksəkdir.
Oxatan - Köhnə dostlar və ya əvvəlki iş yerinizdəki sabiq
həmkarlarınızdan alınan xəbərlər sizi sevindirəcək. Uzun müddətdən
bəri uğurlu və effektiv fəaliyyət göstərdiyiniz insanlardan
birindən işgüzar təklif alacaqsınız.
Olaylara standart olmayan baxış, yaradıcı yanaşma tələb edən
məsələləri həll etmək üçün əlverişli zamandır. Başladığınız
eksperiment uğurla başa çatacaq.
Yaşam potensialı səviyyəsi yüksəkdir. Enerjinizi konkret məqsədə və
ya hədəfə yönəltsəniz, özünüzü əla hiss edəcəksiniz. Günün ikinci
yarısına səfər və ya səyahət planlaşdırıbsınızsa, bunun nəzərdə
tutulandan daha çox vaxt alacağına hazır olun.
Oğlaq - Rəğbət bəsləmədiyiniz, hətta zəhləniz gedən insanlarla
çalışmalı olacaqsınız. İrada, tənqidə sakit reaksiya verin.
Konstruktiv olmayan tənqidləri qulaqardına vurun. Məntiqli
tənqiddən isə nəticə çıxarın. Bu gün şəxsi həyatınızla bağlı
məsələləri kimsə ilə müzakirə etməyin. Belə davranışın heç bir
faydası yoxdur.
Axşam saatlarında dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun
qaçırın. Qonaq qəbul etmək olar. Belədə vaxtınız daha xoş
keçəcək.
Gəzinti sizi yuxusuzluq problemindən qurtaracaq.
Dolça - Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün yaxşı
gündür. Xırdalıqlar və detallar fikrinizi yayındırmasın. Bütün
diqqəti əsas işə yönəldin. İkinci dərəcəli işlərlə etibar etdiyiniz
insan maraqlana bilər. Gəlir və hədiyyə istisna olunmur.
Rəğbət bəslədiyiniz insanlar sizdə narahatlıq yarada bilərlər.
Hisslərinizi gizlətməyin. Bu gün açıq danışaraq sizi maraqlandıran
məsələlərə konkret cavablar ala bilərsiniz. Axşam saatlarında
maraqlı və cəsur ideyalar yarana bilər. Onlardan bəzilərini ən
yaxın vaxtlarda gerçəkləşdirməyə çalışın.
Balıqlar - Yaxın ətrafınızdakı insanlar sizə pis olmayan
məsləhətlər verirlər. Bildiyiniz kimi davranaraq kobud səhvlərə yol
verməyin. Bu gün aldığınız dərslər faydalı ola bilər. İşdə karyera
inkişafı ilə bağlı məsələləri rəhbərliklə müzakirə etmək olar.
Maaşın artırılması məsələsini də gündəmə gətirin. Yekun cavabın bir
qədər sonra veriləcəyinə hazır olun.