Ulduz falı – Səhhətinizə fikir verin
Qoç - Maraq dairənizdə olan işə nə qədər tez başlasanız, bir o
qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Qətiyyətli və əzmkar
olun. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər. Yeni
müttəfiq və ya tərəfdaş qazana bilərsiniz. Qohumlarla çoxdankı
anlaşılmazlıqlardan birinə son qoymaq, sevdiyiniz insanla
münasibətlərdəki sərinliyi aradan qaldırmaq imkanları var.
Səhhətinizə fikir verin. Sağlamlıqda problemlər riski var. Uzun
müddət sükan arxasında olmayın. Ağır fiziki işdən imtina edin.
Buğa - Yeni tanışlıqlar asanlıqla yaranır. Maraqlı insanlarla tanış
ola bilərsiniz. Yaşamınızda önəmli rol oynaya biləcək yeni təmas
formalaşa bilər. Sevdiyiniz, rəğbət bəslədiyiniz insanları xoş
xəbərlərlə sevindirin.
Maliyyə durumu yaxşı deyil. Nəzərdə tutulmamış xərclər, itkilər ola
bilər. Borc aldığınız insanlar pullarını istəyirlər. Köhnə borcları
qaytarın. Yaşlı qohumlarla problemlər ola bilər. Onlar
ideyalarınızı dəstəkləmir, sizi sərt tənqid edirlər.
Əkizlər - Pərişanlıq və təəssüf, itkilər istisna deyil. Etibar
etdiyiniz, güvəndiyiniz insanlar etimadınızı doğrultmayacaqlar.
Olayların əlverişsiz inkişaf məcrası sizi planları sürəkli
dəyişməyə, səbirsizliklə gözlədiyiniz görüşləri təxirə salmağa
vadar edəcək. Ailədə mübahisə, yaşlılarla münaqişə riski var.
İş və ya kommersiya fəaliyyəti ilə bağlı xoşagəlməz xəbərlər
alacaqsınız. Maliyyə və əmlak məsələlərini həll etmək, alış-verişə
yollanmaq, anlaşma və ya sövdələşməni nəzərdən keçirmək məsləhət
deyil.
Xərçəng - Qeyri-standart qərarlar günüdür. Pozmaq istəmədiyiniz
qayda yoxdur. Ehtiyatlı və məntiqli olun. Eksperimentlərə vaxt sərf
edərək əsas məqsəddən yayınmayın.
Şəxsi münasibətlərdə harmoniya hökm sürür. Yaxınlarınızla dil
tapın, onların təlaş və ya sevinclərini bölüşün. Yardıma ehtiyac
duyan insana kömək edin. Maraqlı və sadə işlərlə məşğul olun. Yeni
tanışlıqlar üçün əlverişli zamandır.
Şir - İşgüzar təmaslar, danışıqlar, müqavilə və anlaşmalar,
təşkilati məsələlərin həlli üçün əlverişli zamandır. İşlər və
yerinə yetiriləsi tapşırıqlar, həllini gözləyən məsələlər çox
olsalar da, özünüzü itirməyin. Heç nəyi diqqətdən qaçırmayın,
səhvlərə yol verməyin. Gəlirlər ola bilər.
Yaxınlarınızla həmişə dil tapmaq olmur. Bir qədər kritik davranın,
başqalarının nöqsan və zəifliklərini ifrat dərəcədə qabartmayın.
Yaxınlarınızdan kimsə sizi tənqid edəndə aqressiv və sərt
davranmayın.
Qız - Qeyri-adi işlər və yeniliklər, qəfil məlumatlar zamanıdır.
Uzaq səfər və ya səyahətə yollanmaq olar. Sonuc uğurludur. İşgüzar
tərəfdaşla fikir ayrılıqlarına son qoymaq, işdə rəhbərliklə
münasibətləri normallaşdırmaq şansları var.
Bilik, bacarıq və təcrübənin artırılması üçün əlverişli
zamandır.
Günün ikinci yarısında xoş əhvalı qorumaq asan deyil. Buna rəğmən
emosional olmayın, yad təsir altına tez düşməyin, neqativ
təmayüllərin qurbanı olmayın. Diqqətli davranın. Mühüm xəbər almaq,
planlarınızı reallaşdırmağa imkan verəcək informasiyaya yiyələnmək
şansları var.
Tərəzi - Çətin və qarışıq emosional fonu olan gündür. Ağır
problemlərlə qarşılaşaraq çətinliklərin fəsadlarının ağrısını çəkə
bilərsiniz. Yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Sülhü,
münasibətlərdəki rəvanlığı qorumaq üçün haqlı olsanız belə, güzəştə
getməyi bacarın.
Yeni tanışlıqlarla bağlı gözləntiləriniz böyük olmasın. Söz yox, bu
gün tanış olduğunuz insanlar pis şəxslər deyil. Lakin onlar yaxın
gələcəkdəki olaylarda və yaşamınızda ciddi rol oynaya
bilməyəcəklər.
Əqrəb - Çətin və qarışıq gündür. Əvvəlki vaxtlarla müqayisədə yaxın
ətrafdakı insanların təsiri altına daha tez düşməyin. Az qala hər
təmas emosional sınağa çevrilməsin. Həssas və sayıq olun. Heç bir
səbəb olmadan insanların xətrinə dəyməyin.
Alış-veriş və ya bahalı əyləncə vasitəsilə əhvalınızı
yaxşılaşdırmağa can atmayın. Sadəcə, pullarınızı boşuna
xərcləyəcəksiniz. Yaxınlarınız sizə mənəvi dəstək olacaqlar. Bir
şərtlə ki, sizi narahat edən məsələdən onları da hali edəsiniz.
Oxatan - Ev işləri çox vaxt alır. Ailə problemi düşündüyünüzdən də
ciddidir və məsuliyyətli yanaşma tələb edir. Əfsuslar olsun ki,
sizi bəzi problemlərin baiskarı hesab edirlər. Halbuki həmin
problemlərin yaranmasında heç bir suçunuz yoxdur. İndi istənilən
izahat effekt verməyəcək. Durumdan çıxış yolu tapmaq barədə
düşünün.
Təhsil, informasiya, məlumat, təcrübə almaq üçün əlverişli
zamandır. Yeni informasiyanı dərhal əxz edin, məntiqli nəticələrə
gəlin. Qərarlarınız yanlış olmasın. Nüfuzlu insanlarla təmaslarda
diqqətli olun. Sizi qeyri-sağlam karyerizmdə suçlaya bilərlər.
Oğlaq - Ən kiçik amilləri, hətta xırda detalları nəzərə alın.
Hadisələrin mümkün inkişaf məcrasını təxminləməyə çalışın.
Uzunmüddətli planlaşdırmada rəqibləri üstələməyə can atın. Sizdən
yardım və məsləhət istəyirlər. Nüfuzunuzu artacaq.
Peşə fəaliyyəti müstəvisində qələbələr və uğurlar istisna deyil.
Şəxsi həyatda isə irəliləyişlər və yaxşılığa doğru dəyişikliklər
ehtimalı azdır. Hisslərinizi araşdırın. Kiçik problemlər sizi
təlaşa salmasın. Tələskənlik etməyin. Yaşananları anlamağa çalışın.
Belə baxış və davranış narahatlıqların əsl səbəbini anlamağa yardım
edəcək.
Dolça - Ehtiyatlı və həssas davranın. Bu gün yol verəcəyiniz
səhvlər peşə fəaliyyəti müstəvisində problemlər yarana bilər.
Yalnız kollektivin həll edəcəyi problemin öhdəsindən təkbaşına
gəlməyə çalışmayın. Etibarlı və zəhmətkeş yardımçılar seçə
bilərsiniz. Uğuru müttəfiqlə bölüşməli olacaqsınız. Narahat
olmayın, irəliləyin.
Sizi çoxdan bəri narahat edən məsələni sevdiyiniz insanla müzakirə
edin. Mürəkkəb söhbətə başlamaqdan çəkinməyin. Eşidəcəyiniz sözlər
sizi sevindirəcək.
Balıqlar - Qohumlarla əlaqələr daha da sıx olur. Ailədəki
məsələləri həll edərkən hamını təmin edən variantı tapa bilərsiniz.
Sevdiyiniz insanla münasibətlərdəki harmoniya sizi razı
salacaq.
Romantik görüş təəssüf hissi yaratmayacaq.
Alış-veriş üçün pis gün deyil. Səfərə yollanmaq olar. Amma
unutmayın ki, səfər nəzərdə tutduğunuzdan artıq vaxt alacaq.
İşgüzar danışıqlar üçün əlverişli gündür. Di gəl, unutmayın ki,
əldə edilən anlaşma və razılaşmalar müvəqqəti səciyyə daşıyır.