Ulduz falı – Fəaliyyətinizin yönlərini artırın
Qoç - gözləntilərinizin səviyyəsini aşağı salın, diqqətə layiq olan
işi yerinə yetirin. Gün ərzində o qədər də xoş olmayan məlumatın
alınması, informasiya əldə edilməsində problemlər, yaxın ətrafdakı
insanlardan biri ilə münaqişə və ya ixtilaf riski var.
Narazı, sinirli, aqressiv olmayın. Mövqelərinizə uyğun olmayan
fikirlərə dözümlü yanaşın.
Bilavasitə sizdən asılı işləri bitirin. Fəaliyyətinizin yönlərini
artırın. Yeni perspektivlər vəd edən layihə ilə məşğul ola
bilərsiniz.
Buğa - maddi məsələlərin həllində bir sıra problemlər yarana bilər.
Hesaba pul yatırmaq, pul köçürmək, əmlakla bağlı danışıqlar aparmaq
məsləhət deyil. Ümumi nevroz durum və qeyri-müəyyənlik kəskin
reaksiyaya səbəb olaraq mübahisə etmək, mövqeləri qorumaq istəyi
yarada bilər.
Ehtiyatları artırmaq olar. Alış-verişdə çox pul xərcləməyin.
Səhhətinizin qeydinə qalın.
Axşam saatlarında qəfil impulsun təsiri ilə planlarda müəyyən
dəyişikliklər baş verə bilər. Ailədə münaqişə vəziyyəti yaratmayın.
Vədlərə əməl edin.
Əkizlər - uğurlu və əlverişli gündür. Yeni planlar qurun. Yaxın
vaxtlarda hansı əlaqələrə ehtiyac duyduğunuzu düşünün. Qərarları
müstəqil qəbul etmək niyyət və cəhdlərinizə rəğmən tərəfdaşların
yerini və rolunu qulaqardına vurmamağa çalışın. Ən mühüm məsələləri
onlarla müzakirə edin. Diqqətli olun, yekun qərar verməyə
tələsməyin.
Şəxsi maraqlarınıza toxunan məsələni həll etmək məcburiyyətində
qala bilərsiniz. Buna rəğmən, uğur qazanmaq, hətta yeni
həmfikirlərin dəstəyinə nail olmaq şansınız var.
Günün ikinci yarısında daxili gərginlik, münaqişə situasiyaları
güclənir. Tənhalıqda vaxt keçirmək üçün yaxşı vaxtdır.
Xərçəng - işləri qaydaya salmaq üçün yaranmış imkanlardan istifadə
edin. Hesablar, sənədlər, məlumat bazaları, məktubları qaydaya
salın. Peşəkar fəaliyyət müstəvisində yaranan məsəlləri aktiv
şəkildə həll edin, təşkilati tədbirlər keçirin.
Danışıqları öz ərazinizdə reallaşdırın.
Rifahınıza və ya mövqelərinizə təhdid yarada biləcək situasiyalarda
səliqəli, diqqətli olun. Qıcıqlı və sinirli olmayın, münaqişələrə
qatılmayın. Keçməyinizin gərəkli olmadığı həddi
müəyyənləşdirin.
Axşam saatlarında səhhətinizdə problemin yaranması, xroniki ağrının
kəskinləşməsi istisna deyil.
Şir - gün ərzində sakit, təmkinli və soyuqqanlı olun. Planlara
uyğun hərəkət edin. Səs-küy və laübə çox olsa da, məlumat
mübadiləsini unutmayın. Çalışdığınız kollektivdə rəqabətlə
qarşılaşacaqsınız. Gördüyünüz iş və ya həyata keçirməyə
çalışdığınız layihələrdə xırdalıqlara fikir verin. Önəm verdiyiniz
münasibətlərdə laqeyd davranmayın.
Mühüm məlumatı və planlarınızı yaxın ətrafınızdakı insanlarla
bölüşməyə tələsməyin. Nəzərdə tutduğunuz dəyişikliklərdə
dostlarınız önəmli rol oynaya bilərlər.
Axşam saatlarına yaxın aktivliyi bir qədər azaldın. Yaxınlarınızla
münaqişə vəziyyəti yaratmayın.
Normal istirahət edin.
Qız - yaxın ətrafınızdakı insanlar sizi qıcıqlandıra bilər. Ənənəvi
ritminizi pozmaq, planlarınıza müdaxilə cəhdlərinə imkan verməyin.
Bu gün münaqişə və ixtilaflardan qaçmaq mümkün deyil. Bu səbəbdən
də münasibətləri aydınlaşdırın, çoxdan həllini tələb edən problemi
çözün. Sadəcə, həddi keçməyin, intuisiyanızı işə salın. Əldə etmək
istədiyiniz nəticəni nəzərə alın, sərt və aqressiv davranmayın.
Orientirlərə yenidən baxa bilərsiniz. Bəyanatlar verməyə
tələsməyin. Kimisə cəzalandırmaq, kimdənsə qisas almaq fikriniz
yaranarsa, tələsməyin. Əks təqdirdə sizi çox pis nəticə, əks zərbə
gözləyəcək.
Tərəzi - narahat, qarışıq, mürəkkəb gündür. Əsas işi yerinə
yetirmək üçün aktivliyinizi əvvəlcədən plaqlaşdırın. Söz-söhbət,
müzakirələr çox olacaq. Gerçəkdən də, önəmli məlumat ala
bilərsiniz. Kənar təsirlərə, yaxın ətrafınızdakı insanların ifrat
emosionallığına fikir verməyin. Köhnə əşyalardan qurtulun.
Yeni ideya və planlar formalaşa bilər.
Şəxsi münasibətlərdə niyyət və məqsədlər üst-üstə düşərsə, vəziyyət
yaxşı olacaq. Ünsiyyət, təmaslar önəmli ola bilər. Spontan aktivlik
sizi sevindirəcək.
Əqrəb - çətin gündür. Qeyri-müəyyənlik, istəklərin təbəddülatı,
niyyətlərin ziddiyyəti yarana bilər. Ani maraqları unudun,
perspektivləri düşünün. Seçim çətinliyi sizə mühüm iş görməyə mane
olmayacaq. Yeni istiqamətdə hərəkətə başlaya bilərsiniz.
Kəskin situasiyalarda münasibətlərin aydınlaşdırılması prosesini
uzatmayın. Perspektivlər dumanlı olsa belə, güzəştə meylli olun,
durumu sürətlə təhlil etməyə çalışın.
Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün vaxt var.
Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Oxatan - praktiki məsələlərin həlli ilk yerə çıxmalıdır.
Fəaliyyətinizi intensivləşdirmək və zənginləşdirməyin yollarını
düşünün. Təkliflər, məlumat mübadiləsi, xidmətlər gələcəkdə yeni
perspektivlər vəd edir.
Günün ikinci yarısında gərginlik artacaq. Mümkün münaqişələrə
qatılmayın, amma məlumat axınını da məhdudlaşdırmayın.
Şəxsi münasibətlərdə hər nüansın önəmi var. Kiçik bir detal
əhvalınızı dəyişə bilər. Axşam saatlarını evdə keçirin. Münaqişə
üçün səbəb axtaran insanların yanında olmayın.
Oğlaq - problemləri sürətlə həll etməyə, bir işi yarımçıq qoyub
başqasına başlamağa, daim yerdəyişmədə olmağa çalışmayın. Sizi
emosiyaların çox olduğu mövzuya qatmaq istəyəcəklər. Yardım
istəyənə kömək edin, məsləhətlərdən yayınmayın.
Emosional söhbətlərə qatılmayın, amma peşəkarlığınızı nümayiş
etdirə biləcəyiniz toplantı və danışıqlarda iştirak edin. Günü
hərəkətdə keçirin. Yaxınlarınıza verdiyiniz vədləri yerinə
yetirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - günü hadisələrin episentrində keçirin. Bütün informasiya
kanallarını açın, mümkün qədər çox ünsiyyətdə olun. Fantaziya və
təxəyyülünüzü işə sala biləcəyiniz məşğuliyyət seçin. Hansı bilik
və ya təcrübəyə ehtiyac duyduğunuzu müəyyənləşqdirin. Status, mövqe
və imkanlarınızı gücləndirmək üçün əlaqələri genişləndirin.
Günün ikinci yarısında hər şeyi emosional qəbul etməyin. Rəğbət
bəslədiyiniz insanlarla olun.
Yaşam arealında qayda yaradın.
Balıqlar - fiziki tonusunuz normadadır, xəbərlər axını sürəklidir.
Amma asan gün deyil. İdeyalar və faydalı fikirlər yetərincə olsa
da, işin təşkili, diqqətin konsentrasiyası ilə bağlı problemlər
var. Həddən artıq işi yerinə yetirməyə çalışmayın.
İşlərdə və yaşam arealında qayda yaradın. Qüvvəniz, imkanlarınız,
məsrəfləriniz və aldığınız dəstəyi dəyərləndirin. Yeni işlə
tapşırığa yanaşma praqmatik, düşünülmüş olmalıdır.
Problemlərin həllini, zəngləri, yazışmanı təxirə salmayın. Boş
söhbətlər, şayiə və münaqişələrdən uzaq durun.
Səhhətinizə fikir verin.