Ulduz falı – Yeni romantik münasibətlər başlana bilər
Qoç - intellektual fəaliyyət üçün əlverişli gündür. Çətin
məsələlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Gərəkli
informasiyanı vaxtında əldə etməyə çalışın. Həmin məlumatdan
yararlanmağa can atın. Danışıqlara başlamaq, yeni müttəfiqlər
aramaq olar. İdeyalarınız dəstək alacaq.
Günün ikinci yarısında əldə edilən məlumatlar faydalı olacaq. Yeni
romantik münasibətlər başlana bilər. Hisslər və emosiyalar dinamik
olacaq.
Maliyyə itkiləri ola bilər.
Buğa - gün ərzində müəyyən çətinliklər yarana bilər. Lakin müsbət
təmayüllərin təsiri güclüdür və bunu sezməmək mümkün deyil. Peşə
fəaliyyəti müstəvisində yaranan problemlərin sürətli həlli ilə
yanaşı, karyera müstəvisində irəliləyişlər mümkündür. Nüfuzlu
insanın dəstəyini almaq və ambisioz planlardan birini yerinə
yetirmək olar.
İş barədə nə qədər çox düşünsəniz, yaxınlarınızla ünsiyyət üçün bir
o qədər az vaxt qalacaq. Müəyyən birgə planları təxirə salmalı
olacaqsınız. Bu da münasibətlərə yaxşı təsir etməyəcək.
Əkizlər - gün o qədər pis olmasa da, özünüzdən ifrat dərəcədə
narazı qalmayın. Daha çox iş görməyin, uğurlara nail olmağın
mümkünlüyünü düşünüb özünüzü yarıtmaz hesab etməyin. Aktiv,
enerjili olun. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla
irəliləyin. Özünütənqiddə ifrata varmayın. Ciddi səhvə yol
verməyibsiniz, yaranmış situasiyada adekvat davranıbsınız.
Yaxınlarınızla kiçik anlaşılmazlıq münaqişəyə səbəb olmayacaq.
Maliyyə məsələlərində ehtiyatlı olun. Günün ikinci yarısında pul
itkiləri ola bilər. Yaxşı tanımadığınız insanlarla qarşıdurmaya,
mübahisəyə başlamayın. Yaranmış neqativ emosiyalarınız üçün daha
uyğun çıxış yolu tapın.
Xərçəng - yaranmış situasiyanı yanlış dəyərləndirməyin. Ciddi
problemlərin təməlini qoymayın. Çətin işi təxirə salaraq istirahət
və əyləncə barədə düşünməyin. Peşə fəaliyyəti ilə bağlı
öhdəlikləri, yaxınlarınıza verdiyiniz vədləri unutmayın.
Mühüm sənədlər, uzunmüddətli fəaliyyəti nəzərdə tutan anlaşma və ya
sövdələşmənin imzalanmasını təxirə salın. Ailə işlərinə, məişət
qayğılarına diqqət yetirin. Bu sahədə irəliləyişə nail ola
bilərsiniz. Təmaslarda sayıq, diqqətli olun. Fırıldaqçıların
qurbanı, intriqan insanların məkrinin obyekti olmayın.
Şir - önəmli saydığınız sahədə əhəmiyyətli uğurlar vəd edən
əlverişli gündür. Seçdiyiniz yoldan sapmayın: bu yol sizi məqsədə
aparır.
Yaxın ətrafınızdakı insanlar sizi günün ikinci yarısında
dəstəkləyəcəklər. Amma o vaxta qədər ən ciddi çətinlikləri həll edə
bilərsiniz.
Psixloq kimi davranın. Rəğbət bəslədiyiniz insanın problemlərini
anlamağa çalışın. Yeni münasibətlər, tanışlıq başlana bilər. Böyük
səyahətə başlamaq, yaşam arealında köklü dəyişikliklər etmək üçün
münasib zamandır.
Qız - ünsiyyətdə ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanların
əsla xoşuna gəlməyəcək nə isə deməyin. Yersiz söhbətlər və boş
iddialara yer verərək nüfuzunuzu zərbə altında qoymayın. Adi
günlərdən fərqli olaraq bu gün impulsiv qərarlara və tələsik
addımlara daha çox meyllisiniz. Sonuclar istədiyiniz kimi
olmayacaq.
Mürəkkəb, qarışıq situasiyalarda müstəqil fəaliyyət göstərin.
İndiyədək sizə dəfələrlə kömək etmiş insandan yardım istəyə
bilərsiniz. Axşam saatlarını yaxınlarınız, zəif və güclü
yönlərinizə bələd insanlarla keçirin.
Tərəzi - ziddiyyətli, təbəddülatlı təmayüllərin təsirini hiss
edəcəksiniz. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.
Çətinliklər qeyri-standart çözüm tələb edir.
Detallara və xırdalıqlara ciddi yanaşma, diqqət tələb edən
fəaliyyət usandırıcı təsir bağışlaya bilər. Tez yorulmayın.
Hesablamalarda, xüsusilə də büdcənin planlaşdırılmasında
yanlışlıqlar ola bilər.
Yaşca özünüzdən kiçiklərlə təmaslarda diqqətli və qayğıkeş olun.
Yaşlılarla dil tapmaq asan deyil.
Nüfuzlu şəxslə görüşərək danışıqlar aparmaq olar. Lakin müraciət və
xahişinizin dərhal nəzərə alınacağını düşünməyin.
Əqrəb - yaşanan olayları, hissləri real dəyərləndirin. Mənasız
illüziyaların köləsinə çevrilməyin. Yaxın ətrafınızdakı insanlarla
münasibətlərdə nəyisə dəyişmək istəyəcəksiniz. Narahatlığınızın
səbəbini dəqiq anlamadan, müəyyənləşdirmədən düşünülməmiş addımlar
atmayın. Maliyyə durumu birmənalı deyil. İmkanlarınızı olduğundan
artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər
verməyin, öhdəliklərə boyun olmayın.
Yanınızdakı insanlara adi günlərlə müqayisədə daha çox tələbkar
olmayın. Bu, işlə bahəm, evdə də münaqişəyə səbəb ola bilər.
Çətinliklər müvəqqətidir.
Oxatan - işlərdə yaxşı yox, əla nəticələrə nail olmaq mümkündür.
Yeni layihə uğur vəd edir. İşlə bağlı şübhələr varsa, bir qədər
fasilə edin, qüvvələrizin bərpasına başlayın. Döyüşkən və
qətiyyətli olun. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Ən çətin
işlərə başlaya bilərsiniz.
Məntiqli və soyuqqanlı olsanız, çətinliyin öhdəsindən
gələcəksiniz.
Fiziki iş və cari müşküllərin həlli üçün yaxşı zamandır. İstənilən,
hətta ən kiçik və cüzi işlərə məsuliyyətlə yanaşın. İri məbləğdə
gəlir və yaxın saydığınız insanlardan birindən hədiyyə istisna
deyil.
Oğlaq - rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də,
mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin
öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik
imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə
çalışmaq istəyəcək. Məhsuldar əməkdaşlıq başlana bilər.
Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan
gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya
yarana bilər.
Dolça - yeni və maraqlı işə başlamaq üçün əlverişli gündür. Həmin
iş həddən ziyadə faydalı olmasa belə, eyb etməz. Diskusiyalar
məhsuldar keçir. Fikir ayrılıqları olsa belə, konstruktiv məcrada
qalın, güzəştli həll variantı tapın.
Müstəqil çalışmaqla yanaşı, həmfikirlərlə də məhsuldar fəaliyyət
göstərmək olar.
Təşəbbüslər üçün pis gün deyil. Yaxınlarınız və dostlarınız sizi
dəstəkləyəcəklər. Axşam saatları xoş dəqiqələr vəd edir.
Balıqlar - risk və eksperimentlər nə qədər az olarsa, işlər bir o
qədər yaxşı alınacaq. Peşə fəaliyyəti müstəvisində problemlər, işdə
anlaşılmazlıqlar ola bilər. Başqalarının səhvləri və
yanlışlıqlarına görə narahat olacaqsınız. Rəğbət bəsləmədiyiniz
insanlara görə məsuliyyəti boynunuza almaq zərurəti yaranır.
Şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər. Müəyyən hadisə
çoxdan tanıdığınız insanların yeni xislətini aşkarlayır. Qəfil
vizit, ola bilər. Gələn qonaqlar pozitiv emosiyalar vəd
edirlər.
Məişət texnikası və nəqliyyat vasitəsi almaq məsləhət deyil.