Ulduz falı – Sakit gündür
Qoç
Ailə-məişət problemlərinin həlli, valideyn və ya qohumlarla
ünsiyyətdə olmaq üçün münasib gündür. Yeganə müzakirə edilməsi
məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş
planlaşdırılmasıdır.
Buğa
Sakit gündür. Yaranmış şanslardan istifadə edin. Planlarınızda
dəyişikliklər etməli olacaqsınız. Dostlarla planlarınızı bölüşməyə
çalışın. Ailədə rahat və münasib situasiyanın bərqərar olmasına can
atın.
Əkizlər
Yaranmış şəraiti diqqətlə izləyin ki, əlverişli məqamı
qaçırmayasınız. Təhsil, tədris, idman, səfər, mədəni tədbirlər və
əyləncə üçün yaxşı vaxtdır. Şəxsi münasibətlər müstəvisində
vəziyyət dəyişməz olaraq qalacaq.
Xərçəng
Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın. Günün ilk
yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün
əlverişli deyil. Axşam saatları sakit istirahət üçün müvafiq
vaxtdır.
Şir
Qarışıq gündür. Yaradıcılıqla bağlı işlərdə iirəliləyişlər olacaq.
Fitnələrdən uzaq olun. Əks cinsin mənsubu ilə münasibətlər pozula
bilər. Streslərdən yaxa qurtarmaq üçün dincəlin.
Qız
Uğurlu gündür. Məqsədinizə çatmaq üçün səy göstərin. Bu gün
ətrafdakılarla dil tapacaqsınız. Ehtimal ki, yeni romantik
münasibət formalaşacaq.
Tərəzi
Sərfəli və gəlirli təkliflər gözlənilir. Yeni tanışlıqlar
faydalıdır. Onlar təsəvvür etmədiyiniz nəticələr verə bilər. Axşam
saatlarında istirahət edin, dostlarla əlaqə saxlayın.
Əqrəb
Işdə münasibətlər gərginləşəcək. Əvvəllər gerçəkləşdirə
bilmədiyiniz iş bu gün qəflətən öz həllini tapacaq. Zəhmətiniz
nəticəsiz qalmayacaq.
Oxatan
Gərgin gündür. Ehtimal ki, yaxın vaxtlarda yeni ideyalarınızı
reallaşdıracaqsınız. Günün ikinci yarısında daha çox fiziki işlə
məşğul olun. Görüş təyin etmək üçün əlverişli gündür.
Oğlaq
Bu gün düşünülməmiş addımlara yol vermək olmaz. Səbirli olun,
təlaşlanmayın. Günün ikinci yarısında ehtiyatlı, diqqətli olun.
Axşam saatlarında yeni ideyanızı reallaşdıra biləcəksiniz.
Dolça
Günün ikinci yarısı daha uğurlu olacaq. Yeni təkliflər gözlənilir.
Yaxşı düşünün ki, ən sərfəli variantı seçə biləsiniz. Əlverişli
imkanlardan istifadə edin. Axşam saatlarında dincəlin.
Balıqlar
Gərgin işə hazır olun. Başlanmış işləri başa vurun, yarımçıq iş
saxlamayın. Günün ikinci yarısında ailə münasibətləri ön plana
çıxır. Axşam saatlarında yeməyinizə fikir verin.