Ulduz falı – Sizi maraqlı görüşlər gözləyir
Qoç
Sizi maraqlı görüşlər gözləyir. Ancaq nəzərə alın ki, sizinlə
münasibət quranların heç də hamısı layiqli şəxslər olmayacaq.
Alış-verişiniz də uğursuz olacaq. Gün qonaq qarşılamaq üçün
münasibdir. Günün ikinci yarısı isə həyəcanlı anlar yaşadacaq.
Buğa
Daha qərarlı olmağa çalışmalı, əldəki maddi dəyərlərin əhəmiyyətini
bilməlisiniz. Iş qüvvənizi ortaya qoyacaq fürsətlər istisna deyil.
Karyera planlarınızda tələskənliyə yol verməyin.
Əkizlər
Bu günə vacib iş planlaşdırmayın. Çünki həmin işə məsuliyyətlə
yanaşa bilməyəcəksiniz. Şənlənmək üçün isə əlverişli gündür. Bu gün
əhəmiyyətli məbləğdə pul xərcləyəcəksiniz. Ancaq buna görə
peşmançılıq çəkməyəcəksiniz.
Xərçəng
Təəssüf ki, məhsuldar gün deyil. Vaxtınızı boş söhbətlər, vacib
olmayan və maraqsız işlər aparacaq. Xüsusilə qadınlarla dil tapmaq
çətin olacaq. Dedi-qodu ilə məşğul olanların sizin barənizdə
dedikləri reputasiyanıza zərbə vuracaq.
Şir
Kommersiya fəaliyyəti olanlar üçün uğurlu gündür. Bu gün daşınmaz
əmlakla, o cümlədən qiymətli zinət əşyaları ilə bağlı sövdələşmə
aparmaq üçün əlverişli gündür. Gün maraqlı təklifləri ilə sizi
sevindirəcək. Günün hadisələri uzun illər yaddaşınızdan
silinməyəcək.
Qız
Günün maliyyə mənzərəsi xoş deyil. Planlaşdırdığınız bir sıra
xərcliyi təxirə salmalı olacaqsınız. Bu gün borc almayın, çünki onu
qaytarmaq asan olmayacaq. Əyləncəli səfər yaxşı keçəcək. Ancaq
işgüzar səfər üçün bunu demək mümkün deyil.
Tərəzi
Çətinlik istisna deyil. Ancaq siz nikbinliyiniz saxlaya
biləcəksiniz. Günün emosional mənzərəsi gərgin olacaq. Yaxşı əhvalı
qorumaq üçün səy göstərməli olacaqsınız. Günün ikinci yarısında
idmanla məşğul olmayın.
Əqrəb
Bu gün vacib iş görmək üçün əlverişli deyil. Diqqətinizi toplaya
bilməyəcəksiniz. Yaxınlarınızla aranızda problemlər yaşanacaq.
Yaxın ətrafınızın görməyə adət etdiyi kompromissə bu dəfə getmək
istəməyəcəksiniz.
Oxatan
Uzun sürən sükunət bu gün pozulacaq, eşitdiklərinizdən xoşlanmaya
bilərsiniz. Gələcəklə bağlı bütün planlarınızı dəyişməyə məcbur
olacaqsınız. Çünki olayların son inkişafı sizə yeni hədəflər
gətirəcək.
Oğlaq
Öz işinizin başınızdan aşdığı bir məqamda başqalarının işini böyük
həvəslə görməyə çalışırsınız. Günün ikinci yarısında macəra istəyi
sizi düşünülməmiş addım atmağa vadar edəcək. Hamıya etibar
etməyiniz sizin əleyhinizə işləyə bilər. Bundan sizi sevməyənlər
həvəslə istifadə edəcəklər.
Dolça
Gələcəklə bağlı gözəl planlar quracaq və sizinlə eyni fikirdə olan
insanlarla görüşəcəksiniz. Həyata baxışınızı və inanclarınızı
sorğuladığınız bir gündür. Güclü təsirə malik şəxslərin dəstəyi ilə
əhəmiyyətli addımlar atacaqsınız.
Balıqlar
Gün sürprizsiz ötüşməyəcək, ancaq narahatlıq da gətirməyəcək. Köhnə
dostlardan gözlənilməz xəbər alacaqsınız. Xoş tanışlıq da istisna
deyil. Ancaq onlardan heç biri ciddi münasibətə çevrilməyəcək.