Ulduz falı – Xoş gündür
Qoç
Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günün
ortalarında həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə
bir ciddi səbəb də olmayacaq. Bu gün analitik bacarığınızı parlaq
nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət
edəcək.
Buğa
Istənilən məşğuliyyət üçün əlverişli gündür. Işinizi
genişləndirməklə karyeranızı da yüksəldəcəksiniz. Təcrübəliliyiniz
ən çətin məsələlərin həllinə yardımçı olacaq. Qonaq qarşılamaq,
ailə şənliklərinin keçirilməsi, yaxınlarınızla ünsiyyət üçün
münasib gündür.
Əkizlər
Xoş gündür. Yaxşı ideyalar bir-birini əvəz edəcək. Onları
reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz.
Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah
bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sözlə, bu gün
həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək.
Xərçəng
Enerjinizin yüksək oldğunu hiss edəcəksiniz. Görüləsi işlərinizinə
görə hərəkətə keçəcəksiniz. Izdihamlı yerlərdə olacaqsınız.
Əhəmiyyətli bir iş razılaşması da istisna deyil.
Şir
Pul baxımından şanslı bir gündür. Buna baxmayaraq xərcləmələrinizi
şişirtməməyə diqqət yetirin. Həyatı bir az daha geniş baxımdan şərh
etməyə ehtiyacınız olacaq.
Qız
Bu gün ağlınıza gələn başınıza gələ bilər. Gün ərzində tək qalmaq,
ailənizə vaxt ayırmaq və bir həftə boyunca ediləcəkləri nəzərdən
keçirmək əsas gördüyünüz iş olacaq. Romantikliyinizi gizlətməyi
yaxşı bacarırsınız.
Tərəzi
Gün mühüm əhəmiyyət kəsb edən olaysız, sürprizsiz ötüşəcək. Xüsusi
diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin
tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr
yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb
edəcəklər. Sizə hələ buna hazır deyilsiniz.
Əqrəb
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu gün təyin edə
bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini
məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadırlar və
buna nail olacaqlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki,
nəticədə baş gicəlləndirən imkana sahib olacaqsınız.
Oxatan
Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem
yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə
görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən
ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən
eşidəcəyiniz sizi sevindirəcək.
Oğlaq
Şəxsi müstəvidə yaranmış dolaşıq situasiyadan asanlıqla çıxmağı
bacaracaqsınız. Problemin çətinliyi hər bir işdə sizi günahkar
bilmələridir. Ilk baxışda sizi sıxışdırsalar da, nələrəsə layiq
olduğunuzu etiraf edəcəklər. Bu işdə sizə bir xanım yardımçı
olacaq.
Dolça
Gün kifayət qədər əyləncəli macəralar, o cümlədən romantik anlar
vəd edir. Bu gün çox cəlbedici olacaqsınız. Bir zamanlar
həyatınızda vacib rol oynayan adamla görüşəcəksiniz. Xroniki
ürək-damar xəstəliyi olanların bu gün daha diqqətli olması
lazımdır.
Balıqlar
Bu gün işgüzar sferada ünsiyyət bağlantınız təsirli olacaq. Yaxşı
olar ki, problemlərinizə daha təsirli üsullarla yaxınlaşmağı
bacarasınız. Yaxın ətrafınızla bağlı əylncəli planlar reallaşdırmaq
imknanınız olacaq.