İstintaq xidməti rüşvət götürmə faktına dair Mtsxeta bələdiyyəsinin mer nümayəndəsini saxlayıb

Maliyə Nazirliyinin İstintaq Xidməti rüşvət almaq ittihamı ilə Msxeta şəhəri merinin nümayəndəsini saxlayıb.

İstintaq Xidmətinin məlumatına görə, müttəhim bələdiyyə ərazisindəki Dövlət mülkiyyətində olan torpaq sahəsinin hərrac yolu ilə mənimsənilməsiylə bağlı prosedurlarda kömək qarşılığında vətəndaşdan pul tələb edib.

 

Nazirliyin məlumatına görə, müttəhim vətəndaşdan 2000 ABŞ dolları tələb edib,

1000 ABŞ dollarını isə əvvəlcədən götürüb.

İstintaq xidmətinin məlumatına əsasən, Gürcüstan Cinayət məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები