"Mziuri" kafesini qarət ediblər
Tbilisidə,
Mziuri parkında “Mziuri” kafesini qarət
ediblər.
DİN-dən Netgazetiyə bildiriblər ki, istintaq
CM-nin 177-ci maddəsi ilə başlayıb. Ancaq başqa təfərrüatlar
haqqında məlumat verilmir.
Kafenin sahibi Ana Qoquadzenin Netgazetiyə bildirdiyinə görə hadisə
bu gün səhər saat 9-un yarısında baş verib.
“Kafenin qapısı sındırılıb. Hadisə mühafizəçinin kafenin yan
tərəfdə, bir az aralıd olduğu vaxt baş verib. Kafeyə 5 yeniyetmə
daxil olub onlar izləmə kameralarını çıxarmaq istəyiblər. Bir
neçəsini xarab ediblər ancaq biri onları qeyd edib. Telefon, leptop
İpad və 165 lari pul aparılıb. Aparılan texnika bizim üçün çox
vacib idi” - Ana Qoquadze deyir.