Kvemo Kartlidə qanunsuz ağac kəsimi

Ətraf Mühit və Kənd Təsərrüfatı nazirlitinin Ətraf Mühitə Nəzarət

Departamentinin əməkdaşları tərəfindən 2022-ci il sentyabrın 1-dən 30-dək olan müddətdə meşələrdən qanunsuz istifadə ilə bağlı 209 fakt aşkar edilib.
Bunlardan 154 fakt qanunsuz taxta-şalban hasilatı və daşınması, 55 faktı isə qanunsuz mişar və sexlər tərəfindən texniki qaydaların pozulması faktlarıdır. Qanun pozuntularının 17-də cinayət tərkibinin əlamətləri var.

Ən çox - 48 qanunsuz ağac hasilatı və daşınması faktı Kaxeti Regional Bölməsinin əməliyyat ərazisində aşkar edilib. İmeretidə 26, Sameqrelo-Zemo Svanetidə 18, Samtsxe-Cavaxetiyada 18, Acarıstanda 11, Şida Kartlidə 11, Mtsxeta-Mtianetidə 7, Kvemo Kartlidə 6, Raça-Leçxumidə 6, Quriyada 3 qayda pozuntusu qeydə alınıb.

Ümumilikdə qanunsuz yığılmış 388 kubmetrdən çox taxta-şalban çıxarılıb.
Həmin dövrdə mişar zavodunda 50 texniki reqlamentin pozulması faktı qeydə alınıb. Həmçinin 5 ədəd dövlət qeydiyyatı olmayan mişar dəyirmanı yığışdırılıb.

Əlavə münasibət bildirilməsi üçün materiallar aidiyyəti qurumlara göndərilib.

Mənbə: inforustavi.ge

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google