DİN: Kvemo Kartlidə narkotik maddə götürülüb – 1 nəfər saxlanılıb
11:37 / 19.05.2025
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli
Polis Departamentinin
Rustavi Şəhər İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş,
hazırda şərti cəza altında olan, 1992-ci il təvəllüdlü T.L.-ni
saxlayıblar.
Nazirliyin bildirdiyinə görə, saxlanılmanın səbəbi xüsusilə böyük
miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması və
satmaq cəhdidir.
Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası
nəzərdə tutur.
“Hüquq-mühafizə orqanları saxlanılan şəxsin üzərinə baxış zamanı və
onun göstərdiyi yerlərdə aparılan axtarış nəticəsində, satış
məqsədi ilə
saxlanılan, xüsusilə böyük miqdarda ‘Alfa-PVP’ narkotik
maddəsini maddi sübut kimi götürüblər”, – deyə DİN
məlumat verir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 19-260-cı
maddələrinin üçüncü hissəsi ilə aparılır.