Marneulidə koronavirusa qarşı peyvənd prosesi – Aktual Mövzu
Gürcüstan hakimiyyəti koronavirus pandemiyasına görə tətbiq edilmiş məhdudiyyətlərin qaldırılmasına 2022-ci ilin əvvəlindən başladı. Pandemiyanın fəal faza dövründə Gürcüstan miqyasında peyvənd prosesi çətin aparılırdı və ölkə əhalisinin 60%-nin peyvənd olunmasını həyata keçirə bilmədi. İndi məhdudiyyətlər götürüldüyü halda isə peyvənd vurdurmaq istəyənlərin sayı azalıb.

Marneuli bələdiyyəsi miqyasında koronavirus peyvəndini yalnız bir tibb müəssisəsində – “Geo Hospitals” Doğum Evi və Ambulatoriya Mərkəzində vurdurmaq mümkündür. 2022-ci ilin oktyabr ayında tibb müəssisəsində 318 nəfər koronavirus vaksini vurdurub. Onlardan 5 nəfəri buster doza ilə peyvənd olunub.

Verilişimizin qonaqları Yeni Düşüncə İnstitutunun təsisçilərindən Kamran Əfəndiyev, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, İmmunizasiya üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze ilə birlikdə Marneulinin koronavirusa qarşı peyvənd prosesi baxımından hansı çətinliklər qarşısında durduğunu müzakirə edəcəyik.

Daha ətraflı buradan izləyin:



Print ელ. ფოსტა
FaceBook Twitter Google