Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar
aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən
xəstəliklərinin qarşısını almaq üçün müxtəlif "yaş əleyhinə"
(ingilis dilində - "anti-age") proqramlar
hazırlayır.
Bu proqramların əsas tərkib hissələrindən biri
düzgün qidalanmadır. Araşdırmalar nəticəsində herontoloqlar
(qocalığı araşdıran və qoca insanların sağlamlığı ilə məşğul olan
mütəxəssislər) belə qərara gəliblər ki, bəzi vitamin və minerallar
anti-age təsirə malikdir. Herontoloqlar bütün insanlara qocalığı
"aldatmaq" üçün tərkibində bu vitamin və minerallar olan qidaları
öz qidalanmasına daxil etməyi tövsiyə
edirlər.
Beləliklə, qocalığı ləngidən vitamin və
minerallar və onların mənbələri:
- B6 (lobya, qoz,
çaytikanı)
- B12 (treska, okun, karp
balıqları)
- K (ispanaq, brokkoli, gül
kələmi)
- D3 (balıq yağı, yumurta
sarısı)
- Fol turşusu (brokkoli, ispanaq, sitrus
meyvələri)
- Omeqa-3 (siyənək, skumbriya, kətan yağı, qoz,
avokado)
- kalsium (kəsmik, pendir, qatıq,
kefir)
- maqnezium (boranı tumları, küncüt, qarabaşaq,
yulaf yarması)
- sink (qarabaşaq, lobya, noxud,
araxis)
- selen (braziliya qozu, sarımsaq, şampinyon,
qarğıdalı)
- yod (dəniz yosunları, okun və mintay
balıqları)
Spirtli içkilər, şəkər və trans-yağlar (marqarin,
spred və s. süni yağlar) qocalma proseslərini
sürətləndirir.