Türkiyəli tanınmış aktyor Çağatay Ulusoy Gürcüstana gəlir
Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy Gürcüstana gəlir. Bu haqda məlumatı müğənni Nini Baduraşvili sosial şəbəkədə yazıb.

Çağatay Ulusoyun Gürcüstana gəlməsinin səbəbi xərçəngdən əziyyət çəkən uşaqlar üçün Beri Andria adına fondun təşkilatçılığı ilə keçiriləcək tədbirdə iştirak etməkdir.


“Etno Tsisqvili” restoranında baş tutacaq xeyriyyə gecəsinə siz də dəvətlisiniz. Gecədə yığılan pul Beri Andria fondunun hesabına köçürüləcək.

Konsertdə tanınmış müğənnilər Lela Tsurtsumia, Anri Coğadze, Nini Baduraşvili, Eka Kaxiani, Kristine İmedadze də iştirak edəcək”, - Nini Baduraşvili yazır.
Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google