Səhər yeməyində vacib olan qidalar
Məşhur Yapon alimi Katsudzo Nişi deyir ki, səhər
yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyan əsas
amildir. Buna görə də nahar və axşam yeməklərindən vacib
sayılır.
Mütəxəxssislərin məsləhəti belədir: səhər yeməyi keyfiyyətli
olmalıdır ki, gün ərzində əhval-ruhiyyənizi, enerjinizi təmin edə
bilsin. Gəlin keyfiyyətli səhər qidaları ilə tanış olaq:
Yulaf
Qanda xolesterinin miqdarını aşağı salır, qana omeqa-3, fol turşusu
və kalium ötürür. Yulafı hazırlayarkən əlavə rəngli, meyvəlivə ya
şəkərli olanını almayın. Ən yaxşısı adi yulafdır. Qaynar suya və ya
südə tökün üzərinə meyvə, yaxud meyvə quruları (zövqə görə), çərəz
əlavə edib 20 dəqiqə ağzı örtülü halda saxlayın. Sonra üzərinə bal
əlavə edib nuş edin.
Təzə süzmə
Yəni bu gün süzülmüş süzmə (satışdakı nəzərdə tutulmur) götürülür,
zövqünüzə görə, meyvə, yaxud kişmiş, ərik qurusu, əncir, badam
xırdalanıb qatılır, şirin olması üçün 1 ç.q bal əlavə edilir.
Cücərmiş buğda
2 x.q cücərmiş buğda gündəlik 15%E vitamini və 10% fol turşusu
balansını ödəyir. Tək halda buğda cücərtisini yeyə bilmirsinizsə,
bunu qatığa, süzməyə, sıyığa, kokteylə və başqa qidalara qatıb yeyə
bilərsiniz.
Qreyfrut
Qanda şəkərin, insulinin qalxmasının qarşını alır. Antioksidant
təsiri ilə orqanizmin immun sistemini qoruyur. Qaymaq, qatıq,
yumurta ilə qatıb yeyə bilərsiniz.
Banan
Bu meyvə çox yağlı və faydalı maddələrlə, proteinlə zəngindir.
Bananı xırdalayıb sıyığa şəkər əvəzinə tökmək olar. Həmçinin
bananın tərkibindəki kalium orqanizmdə təzyiqi aşağa salmağa kömək
edir.
Yumurta
Yumurta əvvəllər yüksək xolesterin yaradıcısı kimi
yeməklər siyasından çıxmışdı. Yumurta təbii olduğu üçün
tərkibindəki xolesterin ürək-damar sisteminə düşünülən qədər təsir
etmir. Tərkibindəki zülal və D vitamininə görə yenidən əsas qida
siyahısına salınılb.
Badam yağı
Bu məhsul süd və yumurtanın tərkibindəki zülalı əvəzləyə bilir.
Yəni süd və yumurta istifadə etməyənlər asanlıqla badam yağından
istifadə edə bilər. Meyvənin üzərinə 1ç.q töküb yemək
məsləhətlidir.