Çətin ləkələri köhnə üsulla təmizləyin
Bilirik ki, yuyucu tozlar və yumşaldıcılar çətin
ləkələri çıxartmaqda müvəffəq olmur, günü-gündən vəziyyəti daha da
pis hala gətirə bilir. Əslində, köhnə üsullardan istifadə etməklə
ləkələrlə mübarizə aparmaq asandır.
Yuyucu tozlara və yumuşadıcılara nə qədər güvənirsiniz? Hər
səfərində istədiyiniz kimi nəticə ala
bilirsinizmi?
Yəqin ki, cavabınız xeyir olacaq. Ləkə çıxartma mövzusunda müasir
məhsullar çox vaxt aparmaqla yanaşı, bəzən istədiyimiz nəticəni
əldə edə bilmrik.
Yaxşı, ləkələrə qarşı ən təsirli və ən müvəffəqiyyətli həllin
evimizdə olduğunu bilirdinizmi?
Yağlı ləkələr üçün - "Coca Cola"
Coca-Cola yalnız bir içki deyil, eyni zamanda yağlı ləkələri
çıxartmaqda güclü köməkçidir. Əgər yağ ləkəsi olan bir paltarınız
varsa, əvvəlcə paltarınızı Coca-Colada isladın və bir müddət
gözləyin. Bir müddət sonra ləkənin üzərinə yuyucu toz əlavə edib,
paltarınızı paltar yuyan maşında yuyun.
Şam ləkəsinə qarşı ən yaxşı köməkçi -
"Qəzet"
Paltarınızın üzərində şam ləkəsi var? Hər yolu sınamısınız, ancaq
yaxşı nəticə əldə edə bilmirsiniz? Həlli əslində çox sadədir!
Ləkəni sıravi bir qəzet ilə əhatə edin və daha sonra ütü ilə
üzərindən keçin. İstilik şamın qəzetə yapışmasını təmin edəcək.
Paltarınızı növbəti ləkədən xilas etmiş olacaqsınız.
Kalsium karbonatdan təmizlənmək üçün -
"Sirkə"
Elə ləkələr var ki, onları asanlıqla çıxarmaq olmur. Ona görə bu
cür ləkələrdən həqiqətən şikayətçisinizsə, bir də bu həlli nəzərdən
keçirin: Kalsium karbonat ləkəsini, sirkə və yuyucu toz olan
qarışıqda isladın. Bir müddət ovuşdurmağa ehtiyac ola bilər, ancaq
bir müddət sonra ləkənin çıxdığının fərqinə varacaqsınız.
Ləkələri çıxartmaq üçün bu vasitələrdən qəti istifadə
etməyin!
- Qəti sabun istifadə etməyin. Xüsusən də yağlı ləkələrə qarşı.
Çünki yağlı ləkələrə sabun tətbiq ediləndə, ləkə daha dərinlərə
nüfuz edir və çıxarılması qeyri-mümkün bir hala gəlir.
- Ləkələri qəti ütüləməyin! Ütünün istiliyinə görə ləkənin çıxması
son dərəcə çətinləşəcək.
- Ləkələri isti su ilə durulamayın.