Boyunda qəfildən əmələ gələn kəskin ağrı insultun
yaxınlaşmasına işarə edə bilər.
Bu zaman boyunu
massaj etmək və ovxalamaq çox təhlükəlidir ki, bu patoloji prosesin
daha tez inkişafına və insanın ölümünə səbəb ola
bilər.
Amerikalı həkim-nevroloqlar KİV-in köməyi ilə
ictimaiyyətə xəbərdarlıq ediblər ki, boyun nahiyəsində qəfil və
kəskin ağrı zamanı mütləq həkimə müraciət etmək
lazımdır.
Ekspertlərdən biri nevroloq Kazuma Nakaqava qeyd
edib ki, bu risk 20-30 yaşlı sağlam insanlarda çox
yüksəkdir.
Mütəxəssislər qeyd edir ki, boyun nahiyəsindən
beyinin əsas arteriyası keçir və bu yerin güclə massaj edilməsi,
ovxalanması arteriyanın təbəqələnməsinə səbəb ola bilər ki, bu
insult törədə bilər.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir
ki, həkimlər boyun nahiyəsini massaj edəndən sonra insult keçirmiş
28-yaşlı bir kişi haqqında məlumat veriblər. Boyunda ağrı və
diskomfort hiss edən bu kişi ağrını azaltmaq üçün boynunu
ovxalamağa və dartmağa başladı. Ağrı azalmırdı və o bir neçə gün
ərzində bu hərəkətləri davam edirdi. Nəticədə kişi insult keçirib
və iflic olub.
Beləliklə nevroloqlar qeyd edir ki, hər bir insan
bilməlidir ki, boyun nahiyəsində qəfil ağrının əmələ gəlməsi
insultun yaxınlaşmasına işarə edə bilər.