Hamamda bunları saxlamaq olmaz! - Hər evdə edilən səhvlər
Gigiyena sağlamlığı qorumağa və ömrü uzatmağa
kömək edir.
Gigiyenamız üçün hamam isə olduqca vacib yerdir. Hamamda yaranan
nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də,
istənilən təmizliyi əldə etmək çətindir. Buna görə də gigiyenik
əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.
Diş fırçası
Adətən diş fırçasını hamada saxlayırıq. Bu ən böyük səhvlərdəndir.
Çünki hamamın istiliyi, rütubəti mikrob və daha zərərli
bakteriyaların çoxalmasına şərait yaradır.
Dərman
Bəzi insanlara görə, dərman saxlamaq üçün uyğun yer məhz hamamdır.
Lakin buda ən zərərli üsuldur.
Makyaj vasitələri
Həblərdə olduğu kimi hamamın rütubəti makiaj vasitələrinə də təsir
edir. Makyaj vasitələri əgər hamamda saxlansa birbaşa mikrob
qaynağı olur. Bildirilir ki, bütün bunların qarşısını almaq üçün ən
yaxşı üsul fırça və süngəri tez-tez yumaqdır. Makiaj vasitələrinin
təmizliyindən əmin oluduqdan sonra yataq otağınızda saxlamağınız
məsləhətlidir.
Ətir
Bədən spreyləri və sevimli ətirlərimizə qədər bütün qoxular
yavaş-yavaş yox olur. Qoxular istilik və nəmə məruz qalanda isə
molekulyar pozulma baş verir.nəticədə sevdiyimiz ətirlər getdikcə
tündləşir.