Üz dərisini canlandırmaq və təmizləmək üçün təbii maskalar
Üz dərsinə qulluq xüsusən isti havalar da daha
çox lazımdır. Kosmetik vasitələrdən istifadə etdikdən sonra hər
birimiz ucuz və keyfiyyətli məhsul axtarışında oluruq. Lakin ucuz
məhsul dəri üçün təhlükəlidir. Belə olduğu halda isə siz ev
şəraitində daha əlverişli maskalar hazırlaya və gün ərzində
istifadə edə bilərsiniz.
Həmin maskaların tərkibini və hazırlanma qaydasını sizə təqdim
edirik.
Üz baxımı üçün çobanyastığı
maskası
Tərkibi: Çobanyastığı bitkisi, su
Bir qədər çobanyastığı adi su ilə dəmlənir. Qaynayana qədər suda
qalır və ilıq hala gələnə qədər gözlədilir. Daha sonra çobanyastığı
süzülərək, əldə edilən su bir şüşə içərisinə alınaraq hər gün
istifadə edilir. Çobanyastığı bitkisi təbii bir təmizləyici və
məsamə daraldıcıdır.
Qeyd: Dərinizi təmizləmədən əvvəl, əsla maska tətbiq etməməlisiniz.
Makiyaj qalıqlarını maskayla çıxarmaq heç doğru deyil. Makiyajın
dəridən təmizlənə bilməsi üçün daha qüvvətli təmizləyiciyə
ehtiyacınız vardır.
Tərkibi: Su, itburnu
meyvələri
İtburnu bitkisinin məsamələri sıxlaşdırdığı bir
həqiqətdir. Tərkibində olan maddələr sayəsində uzun və davamlı
istifadə edildikdə, məsamələri təmizləyərək dartır. Tonik olaraq su
və itburnu meyvələri bərabər miqdarda götürülərək qarışdırılır,
dəmlənir. Dəmləndikdən sonra, bir şüşə qabda saxlamanız lazımdır.
Bu qarışığı hər gecə yatarkən, pambığın köməyi ilə üzünüzə
sürtməlisiniz. Üzünüzü bu qarışıq ilə sildiyinizdə pambığa gələn
qalıqlar, dərinizdəki məsamələrdən çıxar və dəriniz təmizlənmiş,
nəfəs almış olar.