Meyvə və tərəvəzləri parazitlərdən necə təmizləməli?
Meyvə və tərəvəzlər yaxşı təmizlənmədiyi halda
onların üzərinə yapışan parazitlər bədəninizə daxil olub bir çox
xəstəliyə səbəb ola bilər.
Ona görə də, meyvə-tərəvəzləri çiy yeyəndə diqqətli olmaq
lazımdır.
Bəzi parazitlər su ilə təmizlənmir, meyvəni, tərəvəzi nə qədər
yusanız da, yapışdığı yerdə qalır.
Xüsusilə də, ispanaq, kahı, kələm, göyərtilər bu baxımdan
təhlükəlidir.
Odur ki, onları əvvəlcə yaxşıca yuyub təmizləyin. Daha sonra iri
bir qabı su ilə doldurub içərisinə bir xörək qaşığı sirkə və ya
limon şirəsi əlavə edin. Tərəvəzləri və ya meyvələri həmin suda 5
dəqiqə saxlayın.
Daha sonra meyvə və tərəvəzlər yenidən çoxlu yuyulmalı, daha sonra
istifadə edilməlidir.