İsti havalarda ən yaxşı içki hansıdır?
İsti
havalarda ən yaxşı içki alma şirəsidir.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Şirə İstehsalçıları
Birliyinin layihə rəhbəri Lyudmila Xomiç deyib.
Onun sözlərinə görə, məhz su qatılmış alma şirəsi susuzluğun
yatırılması və orqanizmdə duz balansının bərpası üçün ən yaxşı
vasitədir.
Ekspert meyvələrlə müqayisədə, daha az şəkər tərkibinə malik
tərəvəz şirələrini də məsləhət görüb.
Bununla belə, mütəxəssislər sutkada üç stəkandan artıq şirə
içməməyi tövsiyə edirlər.