Siqaret çəkmək ağciyərin sağlamlığına ciddi ziyan
vurur, ağciyər xəstəliklərinin və o cümlədən ağciyər xərçənginin
inkişafına səbəb olur.
Cons Hopkins Universitetinin (ABŞ) alimləri
siqaretlərin orqanizmə və xüsusilə ağciyərə olan mənfi təsirinin
azaltmağının yollarını araşdırıb.
Eksperimentlər zamanı alimlər müxtəlif qida və
içkilərdən istifadə edirdi. Nəticədə məlum olub ki, hər gün 3 alma
və 2 pomidor yeməklə siqaret çəkməyin ağciyərin sağlamlığına olan
mənfi təsiri azalmaq, ağciyərdə gedən patoloji prosesləri ləngitmək
mümkündür.
Həmçinin məlum olub ki, 3 alma və 2 pomidorun
gündəlik istehlakı siqaret çəkməyən insanlara da ağciyəri
möhkəmləndirməyə kömək edir.
Alimlər bütün bunları alma və pomidorun
tərkibində olan faydalı maddələrin olması ilə izah edir.
Digər araşdırmalar göstərib ki, ağciyəri sağlam
saxlamaq üçün qidalanmaya bu kimi məhsulları daha tez-tez daxil
etmək lazımdır: kəsmik, yumurta, qoz, cəfəri,
badam.