Sevgi meyvəsi adlanan "Çiyələyin Faydaları"
Çiyələk mövsümü artıq başladı. Hər kəsin sevdiyi bu giləmeyvənin faydalarından xəbərdarsınızmı?

Yaz aylarının imtina edilməz meyvəsi olan çiyələyin insan orqanizminə xeyiri saymaqla bitmir. Rəngi, qoxusu və dadı ilə ən çox sevilən giləmeyvələrdən biri olan çiyələkdə bol miqdarda fosfor və dəmir var. Çiyələyin faydaları arasında, ilk sırada C vitamini ilə zəngin olması durur. 8 ədəd çiyələk yeyərək gündəlik C vitamini ehtiyacınızın 1.5 qatını ödəmiş olursunuz.

Çiyələk bədənə qüvvət verir; Damar tıxanıqlığının qarşısını alır və xolesterolu azaldır. Xərçəng xəstəliyinə qarşı qoruyucu xüsusiyyəti var və həzm sisteminin nizamlı fəaliyyətini təmin edir. Bağırsaq qurdlarının tökülməsinə kömək edir, qanı təmizləyir, bədəndən zərərli maddələri uzaqlaşdırır.


Sevgi giləmeyvəsi sayılan çiyələk, həmçinin diş ətlərini gücləndirir, ağız qoxusunu aradan qaldırır. Hətta bir çox Hollywood ulduzlarının dişlərini çiyələklə masaj edərək ağartdığı da qeyd olunur.

Çiyələk sakitləşdirici təsirə malikdir, stressi azaldır, təzyiqi tənzimləyir, hərarəti endirir. Revmatizm (oynaq ağrılarını) ,və qaraciyər xəstəliklərini dəf edir. Dərini nəmləndirib təzə bir görünüş qazandırır.


Çiyələyi müxtəlif salatlar, yoqurtlar, şirniyyat və dondurmalar, spirtli və spirtsiz içkilərin istehsalında istifadə edə bilərsiniz.


Əminik ki, sevimli giləmeyvənizin sadalanan faydalarını oxuduqdan sonra, təbiətin bizə verdiyi bu möcüzəvi ləzzəti süfrələrinizdən əskik etməyəcəksiniz!
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია