Kondisioneri işlədəndə nəfəsliyi açın! - Saglamlığı qoruyan vacib qaydalar
Kondisioner isti yayı rahat keçirməyə imkan
verir. Lakin kondisionerdən düzgün istifadə etmək lazımdır ki,
sağlamlığa ziyan vurmasın.
Marneulifm saglamolun.az-a istinadən kondisionerin işlətməsi ilə
bağlı vacib qaydaları sizə təqdim edir:
1. Kondisioner bir çoxları fikirləşdiyi kimi çöldən havanı içəriyə
buraxmır, yalnız otaqda olan havanı sərinləşdirir. Odur ki,
kondisioner işləyən otağın bütün pencərələri bağlı olduqda havada
olan oksigenin miqdarı getdikcə azalır və bu da insan sağlamlığı
üçün çox ziyanlıdır. İnsanda halsızlıq, yuxululuq, yorğunluq kimi
əlamətlər meydana gəlir.
Bu səbəbdən kondisioner işləyəndə nəfəslik açıq olmalıdır ki, daim
təmiz havanın axını təmin olunsun. Yeri gəlmişkən bəzi insanlar
fikirləşdiyi kimi bu kondisonerə ziyan vurmur.
2. Kondisioner havanı çox qurudur. Selikli qişalarımız quruyanda
orqanizmi allergen, mikrob və bakteriyadan yaxşı qoruya bilmir ki,
nəticədə allergiya və soyuqdymənin riski də artır.
3. Kondisionerin filtrlərini tez-tez təmizləmək lazımdır. Filtrlər
tutulduqda onların üzərində ziyanlı mikroblar artmağa və sonra da
evə yayılmağa başlayır.
4. Kondisionerin temperaturunu 24-25 C-dən aşağı qoymağı tövsiyə
edilmir.
5. Ürək xəstəlikləri olan insanlar kondisionerdən mümkün qədər az
istifadə etməli, ventilyatora üstünlük verməlidir. Evdən çölə
çıxanda temperaturların kəskin fərqi onlarda ürək tutmasına səbəb
ola bilər.