Ulduz futbolçunun göz qamaşdıran həyatı - FOTO
"Mançester Yunayted"in futbolçusu Paul Poqba bir çox ulduz futbolçu kimi dəbdəbəli həyatı ilə seçilir.
Fransalı ulduzun şəxsi həyatından bir neçə maraqlı məqamı təqdim edir.

Poqba xüsusi olaraq bahalı avtomobil həvəskarıdı. Qarajının ümumi dəyəri 1,8 milyon avro olan futbolçunun ən bahalı "oyuncağı" 324 min avro dəyərindəki "Rolls-Royce Wraith Black Badge" marka avtomobilidi. Fransalı futbolçunun 303 min avro dəyərindəki "Lamborghini Aventador" markalı avtobili də var.



Poqbanın digər bahalı "oyuncağı" 290 min avro qiyməti olan "Ferrari 812 Superfast" markalı avtomobildi.



Onun qarajında həmçinin "Audi RS6", "Maserati Quattroporte" və "Mercedes GLS 4x4" markalı avtomobillər də var.



İngiltərəyə transfer olunduqdan sonra ilk 6 ayda oteldə yaşayan Poqba daha sonra 3,9 milyon avroya aldığı villada yaşayır.



Evin düz ortasında böyük bir su hovuzu var.



5 yataq otağının yerləşdiyi villada böyük mətbəx və tualet xüsusilə diqqət çəkir.



Modaya böyük diqqət ayıran Poqba dünyanın ən bahalı markalarına üstünlük verir.



Əsasən "Gucci"dən geyinən fransalı futbolçunun 2015-ci ildə "Ballon d'Or"un təqdimetmə mərasinə geyindiyi pencəyin ən azı 3 min avro dəyərində olduğu bildirilir.



"Instagram"da 35 milyondan artıq izləyicisi olan Poqba tətillərini dünyanın ən bahalı məkanlarında keçirir. Əsasən Los Angeles və Fransaya üstünlük verən futbolçu tətildə keçirdiyi anların görüntülərini "Instagram"dan paylaşır.

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google