Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası – Bu xəstəliklərdə müalicədir
Qarabaşaq ( qreçka) yarmaların şahıdır. Hələ ki,
genetim dəyişikliyə uğramayıb, ekoloji təmizdir, kimyəvi tərkibi
yoxdur. Ondan bişirən sıyıq, şorba, hətta sadəcə suda isladıb yemək
çox xəstəliklərdə müalicəvi təsir edir.
Mütəxəssislər həftədə 3 dəfə qarabaşaq sıyığı, yəni sadəcə suda
bişmişini yeməyi tövsiyyə edir.
Marneulifm Medicina.az-a istinadən qarabaşağın orqanizmə 7
faydasını təqdim edir:
1.Qanda şəkəri salır
Qarabaşaq çox aşağı qlikemik indeksə malikdir və şəkər xəstələri
üçün əvəzsizdir. Nəinki şəkər xəstələri, eləcə də çox şirniyyat
yeyənlər də qarabaşaq qəbul etməlidir ki, diabet olmasınlar.
2. Damarları möhkəmləndirir
Qarabaşaqda olan rutin damarları möhkəmlədir, qan dövranını
yaxşılaşdırır. Ona görə qarabaşağı əməliyyat keçirmiş xəstələrə,
hamilələrə tövsiyyə edirlər. Qanda xolesterini azaldır.
3.Həzmi normallaşdırır
Tərkibində olan zülal və nişasta qəbizlik və meteorizmdən xilas
edir, nikotin turşusu metobolizmi normallaşdırır, piy, yağ,
karbohidrat sintezini sürətləndirir.
4.Bağırsaq xərçənginə qarşıdır
Qarabaşaq bağırsaqları sağlam saxlayır, onları təmizləyir,
toksinləşməyə qoymur.
5.Dəri, saçlar və dırnaqları möhkəmlədir
Sink, A -B vitamini dırnaq, saçları bərpa edir, parladır. Kalsium
isə dişləri, sümükləri bərkidir. Rutin təbii gündənqorunma
funksiyasını yerinə yetirir.
6. Sakitləşdirir, əhvalı qaldırır
Depressiya, nevroz, əsəbilikdə psixoloji vəziyyəti
düzəltmək, sakitləşmək üçün tez-tez qarabaşaq yemək lazımdır.
Qorxulu kabus yuxuları görənlərə də kömək edir.
7.Arıqladır
100 qram suda bişmiş qarabaşaqda cəmi 110 kkal vardır. Bu kifətdir
ki, uzun müddət tox və enerjili qalasız. Qarabaşaq sidikqovucudur,
bədəndə maye yığılmasına qarşıdır. Səhərlər qarabaşaq sıyığı
yeməklə, 10 kq çəki ata bilərsiz.