Feyxoadan əsl CAN DƏRMANI. Siz də sınayın!
Feyxoa olduqca faydalı və müalicəvi meyvədir. Feyxoanın faydaları saymaqla bitmir.

Feyxoa güclü iltihab, mikrob və göbələk əleyhinə xüsusiyyətlərə malikdir.

Feyxoa immun sisteminin fəaliyyətinə müsbət təsir edir, soyuqdəymə xəstəliklərin riskini azaldır.

Bu dadlı və ətirli meyvə bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə yardım edir.

Feyxoanın təribində olan flavon maddəsi güclü xərçəng əleyhinə təsirə malikdir.

Bildiyimiz kimi, yodla zəngin olan feyxoa zob xəstəliyinin ən yaxşı profilaktikası sayılır və bü xəstəliyin müalicəsində kömək edir.

Mütəxəssislər feyxoanı bal və limonla qəbul etməyi tövsiyə edirlər. Sizə tərkibində feyxoa olan əsl can dərmanının reseptini təqdim edirik

Bizə lazım olacaq:
  • - 500 qr feyxoa
  • - 200 qr bal
  • - 1 iri limon.
Feyxoa yuyulur, qıraqları kəsilir, limonla birlikdə blenderdən keçirilir. Sonra qarışığa bal əlavə olunur, yaxşı qarışdırırlır.

Qarışığı soyuducuda saxlayın və gündə 3 dəfə yeməklər arası 1 desert qaşığı (uşaqlar – 1 çay qaşığı) olmaqla qəbul edin.

Mənbə: Saglamolun.Az
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google