Kivi kiçik bir meyvə olmasına baxmayaraq, faydaları
çoxdur.
Əsil vətəni Çindir.
Kivinin faydaları ilə tanış olaq:
1. Kivinin təxminən 100 qr-da 98 milliqr. C vitamini vardır. Kivini
səhər yeməklərində yemək məsləhət görülür. Bədənə C vitaminini
daxil edir və immun sistemini möhkəmləndirir. Yüksək qan təzyiqi,
allergiya və zökəmlə mübarizə aparır. C vitamini ən güclü
anti-oksidant hesab olunur.
2. Kivi stressi azaldır, sakitləşdirir, əhval-ruhiyyəni
yaxşılaşdırır.
3. Kivi qəbizliyin dərmanıdır. Kivinin tərkibində çoxlu liflər
olduğu üçün bağırsaqların hərəkətini tezləşdirir. Nəticədə
qəbizliyi aradan qaldırır.
4. Kivi bədəndə olan artıq mayeni dəf edir. Kivinin çox hissəsi
sudan təşkil edildiyinə görə, kalorisi çox azdır. Onu yeyən insan
toxluq hiss edir. Nəticədə bu meyvə arıqlamağa şərait yaradır.
5. Kivi, yeməyi yaxşı həzm etməyə yardım edir. Kivi bədəndə olan
proteinin tez bir zamanda həzm olmasına yardım edər. Nəticədə mədə
ağrıları, qazlar, həzmsizlik azalar.
6. Kivi qan dövranını yaxşılaşdırar, damarlarda trombların əçələ
gəlməsinin riskini azaldır.
7. Kivi sümüklər və dişlər üçün çox faydalıdır.
8. Kivinin tərkibində C vitamini və fol turşusu çox olduğu üçün,
ümmun sistemini gücləndirər, orqanizmin infeksiyalara olan
davamlılığını artırır.
9. Qan azlığı ilə mübarizə aparar. Kivinin tərkibində C vitamini
çox olduğu üçün, dəmirin cəzb etməsini gücləndirər.
10. Günəşin şüalarından qoruyar. Əgər sizin də günəşin
ultra-bənövşəyi şüalarına qarşı həssaslığınız vardırsa, kivi
yeməkdən qafil olmayın. Bu meyvədə olan lutein təbii filtr kimi
dərinizi qoruyacaqdır.
Mənbə: Saglamolun.Az