Bu təbii vasitələrlə ağcaqanadlardan xilas olun
Xüsusilə isti havalarda və gecə saatlarında ortaya çıxmağa başlayan ağcaqanadlardan qurtulmaq bəzən ən böyük problemə çevrilir.

Ağcaqanadlardan xilas olmaq üçün qoruyucu spreylər, milçək tələləri və digər buna bənzər vasitələr olsa da, bir neçə təbii üsul da mövcuddur.


Gecələr ağcaqanad sancmasının qarşısını almaq üçün uyğun geyim və yatmaq mühiti yaratmaq, aromasız sabun, tərlətməyən parçalar və yaxud ağcaqanadları narahat edəcək qoxulardan istifadə etmək olar.

Çobanyastığı
Sakitləşdirici təsiri ilə tanınan çobanyastığı çayının bu təsirini bəlkə də bilmirdiniz, lakin düzgün istifadə edildikdə ağcaqanadları və bəzi həşərat növlərini sizdən uzaq tutmağa da kömək edə bilər. Necə?

Tərkibi:

2-3 xörək qaşığı qurudulmuş çobanyastığı

Yarım litr içməli su

Təmiz bir sprey şüşəsi

Hazırlanması: Suyu qaynadıb kənara qoyun, qurudulmuş çobanyastığını əlavə edib dəmləyin. Hazır olduqda çobanyastığı çayını süzün və otaq temperaturunda soyumasını gözləyin. Sonra sprey şüşəsinə əlavə edib və lazım olduqda dərinizə çəkin. Çobanyastığı çayının bənzərsiz qoxusu ağcaqanadları sizdən uzaqlaşdıracaq.

Badam yağı
Saçdan həzm sisteminə qədər bədənimizə bir çox faydası olan badam yağı ağcaqanadlara qarşı da təsirlidir. Dərini qidalandıran yağlardan biri kimi tanınan badam yağından istifadə edərək aşağıdakı kimi təbii ağcaqanad və həşərat qovucu hazırlaya bilərsiniz.

Tərkibi:

20 damcı badam yağı

20 damcı reyhan və ya ətirşah efir yağı

Təmiz şüşə

Hazırlanması: Təmiz yağ qabına badam yağı və digər bitki yağını eyni nisbətdə qoyun və yaxşı qarışdırın. Ağcaqanad və həşəratlardan qorunmaq üçün lazım olduqda bu yağlı qarışığı dərinizə çəkin.

Nanə və Limon
Nanə və limon qoxusu da ağcaqanadları və bir çox həşərat növlərini uzaqlaşdırmağa kömək edən təbii maddələrdir. Onlardan istifadə edərək özünüzə təbii milçək qovucu sprey hazırlaya bilərsiniz:

Tərkibi:

1 çay qaşığı quru nanə və ya bir çimdik təzə nanə

1 limonun qabığı

Təmiz bir sprey şüşəsi

Hazırlanması: Əlinizdə şüşənin 1/3 hissəsini dolduracaq qədər suyu qaynadın və içinə limon əlavə edin.

Daha sonra qurudulmuş və ya təzə nanə yarpaqlarını əlavə edib dəmləyin. Dəmlənmiş qarışığı süzün, otaq temperaturunda soyumasını gözləyin. Soyudulmuş qarışığı sprey şüşəsinə köçürün və lazım olduqda dərhal istifadə edin.

Sirkə qoxusu
Ağcaqanadların sevmədiyi qoxulardan biri də sirkə iyidir. Bu ətirdən dəstək almaq üçün aşağıdakı praktik üsulu asanlıqla tətbiq edə bilərsiniz:

Tərkibi:

1 stəkan su

Yarım stəkan sirkə

Təmiz qab

Hazırlanması: Bir qabda su və sirkəni qarışdırın və bu qarışığı evinizdə milçək istəmədiyiniz otaqlara qoyun. Milçəklərin pəncərədən içəri girməsinin qarşısını almaq istəyirsinizsə, bu qarışığı olan qabları pəncərə önünə qoya bilərsiniz.

Mixək ətri
Mixək qoxusu, limon və portağal kimi sitrus qoxuları ilə birlikdə ağcaqanadları və bir çox həşərat növünü özünüzdən və ətrafınızdan uzaq tutmaq üçün dəstək ala biləcəyiniz təbii materiallardır. Mixəklə ağcaqanadlardan xilas olmaq üçün çox praktik bir resept verək:

Tərkibi:

1 limon və ya portağal

Çoxlu mixək


Hazırlanma qaydası: Limonu və ya portağalı ortadan kəsin, ortasına mixəkləri düzün və bu təbii həşərat kovucuları milçək/həşərat istəmədiyiniz yerlərə qoyun. İstəyirsinizsə, rozmarin və təzə reyhan kimi milçəkləri qıcıqlandıran digər təbii materiallar da qoya bilərsiniz.

Mənbə: saglamolun.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google