Təbii şirələr vitamin və mikroelementlərlə
zəngindir.
Onlar insan orqanizmi üçün çox faydalıdır, insanın immun sistemini
möhkəmləndirir, bütün orqan və sistemlərinə müsbət təsir edir.
Təbii şirələrin istifadəsi hətta müalicəvi effekt verir. Şirələri
tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlayırlar.
Xarab
meyvə və tərəvəzlərdən şirələri hazırlamaq olmaz! Təbii şirələri
hazırladıqdan dərhal sonra içmək lazımdır. 2 saatdan çox qalan
təbii şirədə (soyuducuda saxlanılsa belə) vitaminlər, demək olar,
yox olur.
Uşaqlar və xəstələr üçün şirələri şirəçəkən maşınlarda hazırlamaq
məsləhət deyil. Meyvə və ya tərəvəzi sürtgəcdən keçirin, sonra isə
alınmış kütləni bir neçə qat tənzif parçadan süzün. Bu halda bütün
vitamin və mikroelementlər
şirədə qalacaq.
Kök şirəsi insanın gözləri və dərisi üçün çox
faydalıdır.
Tomat şirəsi C vitamini, karotin və kalium
mikroelementi ilə zəngindir. Bu şirə həzm prosesini yaxşılaşdırır.
Tomat şirəsində kalorilər azdır.
Kələm şirəsi orqanizmi möhkəmləndirir. Tərkibində
çoxlu yod var. Qəbizliyi aradan götürür, arıqlamağa kömək edir. Bu
şirə qastrit, kolit, enterokolit, mədə xorası xəstəliklərinin
simptomlarını aradan götürməyə kömək edir. Kələm şirəsinə duz
qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı (1:2) da çox
faydalıdır.
Xiyar şirəsi böyrəklər üçün çox faydalıdır, bu
şirə təbii sidikqovucudur. Qan təzyiqini yaxşılaşdırır. İnsan
dərisini təmizləyir. Xiyar şirəsinin kök şirəsi ilə qarışığı
revmatizmdən əziyyət çəkən xəstələrə yaxşı kömək edə bilər. Diş və
diş ətində problem olan insanlara xiyar şirəsini içmək
məsləhətdir.
Çuğundur şirəsi qan və damarları təmizləyir,
hemoqlobini artırır. Orqanizmdən toksinləri çıxardır.
Kartof şirəsi qan təyziqini aşağı salır, qastrit,
mədə və 12-barmaq bağırsağı xorası olan insanlara çox faydalıdır.
Baş ağrılarını aradan götürür. Kartof və kök şirələrinin qarışığı
insan orqanizmini təmizləyir.
Balqabaq şirəsində çoxlu B və E vitaminləri var.
Bu şirə hemoqlobini artırır. Uşaqlar üçün çox faydalıdır. Böyrək və
qara ciyəri xəstə olan insanlara kömək edir.
Alma şirəsi ağ ciyəri və böyrəkləri təmizləyir. Bu
şirə dəmirlə zəngindir və bu səbəbdən qan-damar sistemi üçün çox
faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır.
Portağal şirəsi qan-damar sistemi üçün çox
faydalıdır. O qara ciyərin funksiyasını yaxşılaşdırır. Lakin
mədə-bağırsaq sistemində problemlər olan insanlara bu şirəni içmək
məsləhət görülmür.
Ərik şirəsi ürək üçün çox faydalıdır. C vitamini
və kaliumla zəngindir. Qanı toksinlərdən təmizləyir. Çox
kalorilidir və bu səbəbdən çəkisi artıq olan insanlara və şəkərli
diabet xəstəliyindən əziyyət çəkənlərə bu şirəni içmək məsləhət
görülmür.
Ananas şirəsi arıqlamaq istəyən insanlara kömək
edə bilər. Ananasın tərkibində "bromelayn" adlı təbii bir maddə var
ki, piyi əridir və insan orqanizmini cavanlaşdırır. Boğazı və
böyrəyi xəstə olan insanlara yaxşı kömək edir. Mədə-bağırsaq
sistemi, qan-damar sistemi və böyrəklər üçün çox faydalıdır.
İmmuniteti artırır.
Qreypfrut şirəsi yuxusuzluğu və yorğunluğu aradan
götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və
qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin C ilə zəngindir.
İmmuniteti artırır.
Şaftalı şirəsi aritmiyadan əziyyət çəkən insanlara
çox faydalıdır, həzm prosesini yaxşılaşdırır.
Gavalı şirəsi kaliumla çox zəngindir.
Ateroskleroz, revmatizm xəstələri üçün çox faydalıdır.
Albalı şirəsi ən faydalı şirələrdən biridir.
Qanazlığı olan insanlara çox faydalıdır. Mədə və 12-barmaq
bağırsağı xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət
görülmür (habelə portağal, ananas, qreypfrut şirələri).
Qara qarağat şirəsi insan orqanizminə insulinə
oxşar təsir edir və ona görə şəkər xəstələri üçün çox faydalıdır.
İmmuniteti yaxşılaşdırır.
Qırmızı qarağat şirəsi qan-damar sistemi, revmatizm,
mədə-bağırsaq sistemi xəstə olanlara çox faydalıdır.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415