Tulane Universitetindən olan tədqiqatçılar tərəfindən aparılan yeni
araşdırmaya görə,
qəhvə içmə vaxtı ürək-damar xəstəliklərindən ölüm riskinə təsir
göstərə bilər. Araşdırma göstərib ki, səhər saatlarında qəhvə
içənlərin ürək xəstəliklərindən ölüm riski 16% azalıb, bütün gün
qəhvə içənlərdə isə bu təsir müşahidə olunmayıb.
Araşdırmanın müəllifi Dr. Lu Qi bildirib ki, günün sonunda qəhvə
içmək daxili bioritmləri və melatonin
kimi hormon səviyyələrini
poza bilər ki, bu da iltihab və qan təzyiqi kimi ürək-damar risk
faktorlarını artırır.
Tədqiqatda 1999-2018-ci illər arasında ABŞ-da 40,725 insanın
qidalanma və qəhvə istehlakı vərdişləri izlənilib. Araşdırmanın
nəticələri European Heart Journal jurnalında dərc olunub.
Alimlər vurğulayıblar ki, əlavə tədqiqatlara ehtiyac var, çünki bu,
qəhvə içmə vaxtının sağlamlıq nəticələrinə təsirini araşdıran ilk
tədqiqatdır.