Diş fırçası əsl “mini ekosistemdir” – onun üzərində milyonlarla
mikroorqanizm yaşayır. Mikrobioloqların və stomatoloqların
araşdırmalarına əsasən, bir diş
fırçasında 1 milyondan 12 milyona qədər bakteriya və göbələk ola
bilər. Bu mikroorqanizmlər ağız boşluğundan, dəridən və ətraf
mühitdən fırçanın üzərinə keçir.
Diş fırçasında bizi nə
gözləyir?
Zərərli bakteriyalar: Fırçanın üzərində streptokok və stafilokok
kimi zərərli bakteriyalar məskunlaşır, hansılar ki, kariyesin
yaranmasına səbəb olur.
Hamam mikrobları: İsti və rütubətli mühitə görə, hamam otağında
saxlanılan fırçalar çirklənməyə daha çox meyillidir. Tədqiqatlar
göstərib
ki, diş fırçalarında bağırsaq infeksiyalarına səbəb olan
mikroblar – E. coli, Candida mayası və digər növlər –
aşkarlanıb.
Tualetin “buludu”: Tualet hər dəfə su ilə yuyularkən, havaya 1,5
metrə qədər məsafədə nəcisin mikroskopik hissəcikləri yayılır. Bu
hissəciklər COVID-19, qrip və ya norovirus kimi yoluxucu virusları
daşıya bilər və nəticədə diş fırçasının üzərinə çökür.
Təmizliyi necə
qoruyaq?
Bağlamayın: Mütəxəssislər fırçanın başlığını örtməməyi və onu
qapalı qabda saxlamamağı məsləhət görürlər, çünki rütubətli mühit
mikrobların çoxalmasını sürətləndirir.
Mütləq dəyişmə: Diş fırçası təxminən üç aydan bir
dəyişdirilməlidir. Köhnəlmiş tüklər daha çox bakteriya toplayır.
İmmuniteti zəif olan şəxslərə isə fırçanı daha tez-tez dəyişmək
tövsiyə olunur.
İstifadədən sonra fırçanı
otaq temperaturunda, başı yuxarı vəziyyətdə qurumağa qoymaq
mikrobların miqdarını azaldır.
Ən effektiv üsullar – fırçanı antiseptik ağız yaxalayıcı məhlula
(xlorheksidin) və ya 1%-lik sirkə məhluluna 5–10 dəqiqəlik
salmaqdır.
Əgər hamam otağında tualet də yerləşirsə, diş fırçasını ondan
mümkün qədər uzaqda saxlayın və hər dəfə suyu çəkərkən tualet
qapağını bağlayın.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415