Yeni koronavirus nədir? (COVID-19)
İnformasiya materialları “Etnik
azlıqlar arasında Coronavirus (COVID-19) haqqında
məlumatların yayılması” layihəsi çərçivəsində Açıq Cəmiyyət Georgia
Fondu (Open Society Georgia Foundation) tərəfindən tərcümə edilmiş,
Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi tərəfindən
hazırlanmışdır.
Valideynlər, tərbiyəçilər və maraqlı şəxslər üçün
tövsiyələr
COVID-19 koronavirusun yeni ştammıdır və ilk dəfə 2019-cu ildə
Çində, Vuhan əyalətində insanlar arasında yayılması qeydə
alınmışdır ki, bu günkü vəziyyətlə dünyanın 100-dən çox ölkəsində
aşkar edilmiş, o cümlədən Gürcüstanda da yoluxmanın bir neçə halı
qeydə alınmışdır. Səhiyyə ekspertlərinin narahatçılığına səbəb olan
yeni virus haqqında informasiya qıtlığı və onun ağır xəstəliyə
səbəb olması və pnevmoniyanı inkişaf etdirməsidir.
COVID-19 necə yayılır? Virus yayılır:
Hava-damcı yolları ilə – öskürəklə, asqırma ilə;
Gözə, ağıza və buruna çirkli əllə toxunmaqla;
Xəstələrlə sıx əlaqə ilə – toxunma, əl verməklə;
Nadir hallarda fekaliyalarla əlaqə ilə.
COVID-19 üçün səciyyəvi simtpomlar
hansılardır?
COVID-19-un simptomları yüksək temperatur, öskürək və
təngnəfəslikdir; hərçənd simptomsuz da davam edə bilər;
Bəzi hallarda, daha ağır davam edə bilər və pnevmoniya yaxud da
təngnəfəsliyi inkişaf etdirə bilər;
Əldə olunan məlumatlara əsasən, COVID-19-a yoluxan xəstələr
arasında simptomların aşkar edilməsi virusla ekspozisiyadan sonra
2-14 gün ərzində baş verir.
COVID-19-a yoluxma riski altında kim ola bilər?
COVID-19-un yüksək yayıldığı arealda yaşayan və ya ora səyahət edən
şəxslər;
Hal-hazırda xəstəliyə yoluxmuş şəxslərlə yaxın təmasda olan
şəxslər;
Əldə olan məlumatlara əsasən, qocalar və xroniki xəstəlikləri olan
(məs., diabet, ürək-qan-damar və respirativ xəstəlikləri və s.)
şəxslər yüksək risk altındadırlar.
Uşaqlar COVID-19 xəstəliyinə yoluxurlarmı?
Virusun yeni olduğuna görə, hələlik onun uşaqlar və ya hamilələr
üçün nə dərəcədə təhlükəli olmasına dair kifayət qədər məlumat
yoxdur. Mövcud məlumatlara əsasən, istənilən yaşda şəxslər virusa
yoluxa bilərlər, amma uşaqlar arasında yayılma nisbətən aşağıdır.
Uşaqlar arasında xəstəliyin fəsadları çox nadirdir, əksər hallarda
qocalar və xroniki xəstəlikləri olan (məs., diabet, ürək-qan-damar
və respirator xəstəliklər və s.) şəxslər arasında qeydə alınır.
Uşaqlar arasında COVID-19-a bənzər simptomlar müşahidə olunursa, o
zaman nə etmək lazımdır?
Tibbi xidmətə müraciət edin. Amma unutmayın ki, hal-hazırda qrip
mövsümüdür və yüksək temperatur və öskürək kimi COVID-19
simptomları qrip və ya sadə soyuqdəymə zamanı da müşahidə olunur və
bunlar daha çox yayılmışlar.
Əl və respirator gigiyena qaydalarına əməl edin. Əlləri müntəzəm
yumaq lazımdır və əmin olun ki, uşağa təqvimlə müəyyən edilmiş
bütün peyvəndlər edilmişdir, çünki uşaq başqa virus və bakteriya
infeksiyasından qorunmalıdır!
Qrip və başqa respirator infeksiyalar halında olduğu kimi, sizdə və
ya uşağınızda simptomlar müşahidə olunursa, dərhal həkimə müraciət
edin, ictimai yerlərdən (iş yeri, məktəb, ictimai nəqliyyat və s.)
uzaq olun ki, infeksiya digərlərinə ötürülməsin.
Uşağı bağçadan və ya məktəbdən saxlamaq
lazımdırmı?
Əgər uşağınızda simptomlar müşahidə edilirsə, tibbi yardım üçün
müraciət edin və həkimin verdiyi göstərişlərə əməl edin. Əks
təqdirdə, qripəbənzər digər respirator infeksiyalar zamanı olduğu
kimi uşağınız simptom nümayiş etdirdiyi müddətdə onun evdə
dincəlməsi üçün şərait yaradın və infeksiyanın digərlərinə
ötürülməsinin qarşısını almaq üçün ictimai yerlərdən uzaq olun.
Əgər uşağınızda hərarət və ya öskürək kimi simptomlar müşahidə
edilmirsə, və ya səhiyyə orqanlarının uşağınızın məktəbinə aid
müvafiq rəsmi tövsiyəsi və ya xəbərdarlığı yoxdursa, yaxşı olar ki,
onun məktəbə getməsini təmin edəsiniz.
Uşaqlarınıza tərbiyə ocaqlarında, məktəbdə və başqa yerlərdə əl və
respirator gigiyena qaydalarına əməl etməyi öyrədin.
COVID-19-a qarşı müalicə varmı və ya yox?
Hazırkı mərhələdə COVID-19-un qarşısının alınması və müalicəsi üçün
spesifik müalicə vasitəsi yoxdur. Amma virusa yoluxmuş insanlara
xəstəliyin ağırlıq dərəcəsinin nəzərə alınması ilə müvafiq tibbi
xidmət göstərilir. Preparatın hazırlanması üçün tədqiqatlar davam
etdirilir.
Antibiotik COVID-19-un prevensiyası və müalicə vasitəsi ola
bilərmi?
Xeyr, antibiotik viruslara təsir etmir. Antibiotik bakteriyaları
məhv edir. Müvafiq olaraq, onun qarşısının alınması və ya müalicəsi
məqsədilə antibiotikdən istifadə edilməməlidir. Antibiotikdən
xəstəliyi müşayiət edən bakteriya infeksiyasının olduğu halda,
istifadə etmək olar.
COVID-19 xəstəliyi ilə sizin və ətrafınızdakı insanların yoluxma
riskini necə azaltmaq olar?
COVID-19-dan özünü qorumaq üçün qrip və başqa respirator
xəstəliklərin qarşısının alınmasının ümumi tövsiyələrinə əməl etmək
lazımdır:
# 1. Əllərinizi tez-tez yuyun – sabunla və su ilə, yaxud da
spirt tərkibli məhlulla əlləri yumaq əllərin səthindəki virusları
məhv edir.
Əlləri sabunla ən azı 20 saniyə ərzində yuyun və ya spirt tərkibli
məhlulla ovuşdurun
Yemək hazırlayana qədər və sonra
Yemək yeməzdən öncə və sonra
Ayaqyolundan istifadə etdikdən sonra
Xəstə ilə təmasdan əvvəl və sonra və s.
# 2. Tənəffüs sisteminin gigiyenasına riayət
edin:
Öskürən və asqıran zaman ağız və burnunuzu birdəfəlik salfet ilə və
ya bükülmüş dirsəyinizlə örtün
Salfeti istifadə edən kimi bağlı zibil qutusuna atın və əllərinizi
sabunla və su ilə yuyun, yaxud da spirt tərkibli məhlulla
təmizləyin
Xəstəlik zamanı tibbi maskadan istifadə edin və kütləvi yerlərdən
uzaq olun
Səhiyyə mütəxəssisləri tərəfindən çatdırılan preventiv tədbirlərə
əməl edin
# 3. Təhlükəsiz məsafə saxlayın
Özünüz və başqa insanlar, xüsusilə də respirator simptomlara
(öskürək, asqırma, qızdırma) malik insanlar arasında ən azı 1 metr
məsafə saxlayın
Respirator infeksiyaya, o cümlədən COVID-19 infeksiyasına yoluxmuş
insan asqırarkən və öskürərkən virusdan ibarət damcılar yayır. Siz
bu zaman ona çox yaxın məsafədə olsanız, virusu nəfəsinizlə ala
bilərsiniz.
# 4. Çirkli əllərlə gözlərinizə, burnununza və ağzınıza
toxunmayın – əllərinizlə virusla çirkləndirilmiş səthlərə toxuna
bilərsiniz
# 5. Yalnız termal cəhətdən yaxşı işlənilmiş və qaynadılmış
ət və süd məhsullarını qəbul edin
# 6. Yaşadığınız və işlədiyiniz mühitin havasını tez-tez dəyişin,
nəm təmizlik edin, əşyaları və onların səthlərini dezinfeksiya
edin.
Hələlik yeni koronavirusun səthlərdə yaşamaq qabiliyyətini nə qədər
saxlaya bilməsi məlum deyil. Amma mövcud məlumata əsasən, bu müddət
bir neçə saat ola bilər. Buna görə də, əşyaların səthlərini (məs.,
iş və yazı masalarını, əşyaları [telefon, klaviatura]) müntəzəm
olaraq təmizləmək məqsədəuyğundur. Sadə dezinfeksiyaedici vasitələr
virusu zərərsizləşdirə bilərlər və bundan sonra insanlar xəstəliyə
yoluxmurlar.
# 7. Gərək yoxdursa, səyahətinizi təxirə salın. COVID-19-un
yayılması ilə bağlı vəziyyətə görə, səyahətdən çəkinin, xüsusilə də
yüksək risk olan ölkələrə (hazırkı vəziyyətlə – Çin, Cənubi Koreya,
İran, İtaliya).
# 8. Sizdə və ya ailə üzvünüzdə respirator simptomlar (hərarət,
öskürək və təngnəfəslik) müşahidə olunursa, vaxtında həkimə
müraciət edin. COVID-19-un yayıldığı ölkələrə səyahət etmisinizsə
və ya yaxın zamanlarda yüksək riskli ölkəyə səyahət etmiş və
respirator infeksiyalar üçün xarakterik simptomları daşıyan şəxslə
təmasda olmusunuzsa, o zaman dərhal tibbi xidmətə xəbər verin və ya
112-yə zəng edin.
Əlavə məlumat üçün zəng edə bilərsiniz:
1505 (24/7 ərzində – Gürcüstanın İşğal Edilmiş Ərazilərindən
Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinə və ya
növbəti internet səhifəsinə baş çəkə bilərsiniz: moh.gov.ge.
116001 (bazar ertəsi-cümə 10:00-18:00) – Xəstəliklərə Nəzarət və
Milli İctimai Səhiyyə Mərkəzinə və ya növbəti internet səhifəsinə
baş çəkə bilərsiniz: ncdc.ge;
Gürcüstan Hökumətinin Koronavirusun Gürcüstanda yayılmasının
prevensiya internet səhifəsi: www.stopcov.ge
Özünüzün və övladınızın sağlamlığını qoruyun!
Xəstəliklərə Nəzarət və Milli İctimai Səhiyyə Mərkəzi Sizə
sağlamlıq arzu edir!
https://osgf.ge/wp-content/uploads/2020/03/untitled-poster_40325574.png