Gürcüstanda koronavirusa yoluxanların sayı 66 nəfərə çatdı
Gürcüstanda daha beş nəfərin koronavirusa yoluxduğu təsdiqləndi. Hal-hazırda ölkədə koronavirusa yoluxanların sayı artaraq 66 nəfərə çatıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb.

Saytda yayımlanmış məlumata görə, 3320 nəfər karantində, 235 nəfər isə stasionar nəzarət altındadır.

Qeyd edək ki, Gürcüstanda koronavirusdan 9 nəfər sağalıb.
Print
თეგები: covid-19