Marneulidə kifayət qədər ərzaq və tibbi ləvazimat var – Zaur Darğallı
Hələ Marneuli bələdiyyəsində davam edən infrastruktur layihələrinin dayandırılması ilə bağlı qərar verilməyib. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli meri Zaur Darğallı verdi. O, qeyd etdi ki, hazırda elan olunmuş bütün tenderlər qüvvədədir, lakin tender komissiyasının üzvləri yaranmış vəziyyətdən irəli gələrək toplaşa bilmirlər.

“Regional İnfrastruktur Nazirliyi ilə məsləhətləşmələr aparırıq və bu istiqamətdə hansı rejimə keçəcəyimiz məlum olacaq”,
– Marneuli meri dedi.

Zaur Darğallı bildirdi ki, meriya əməkdaşlarının böyük bir qismi distant iş rejiminə keçiblər.

“Koronavirusla bağlı bir neçə istiqamətdə çalışırıq. Bura əhalinin yoxlanılması da daxildir ki, bu prosesə də kənd həkimləri ilə birgə bizim kəndlərdəki nümayəndələrimiz, Bələdiyyə Məclisinin üzvləri də qoşulublar. Bundan başqa biz əhaliyə dərman və ərzaq yardımı proqramı üzərində də çalışırıq”, – Zaur Darğallı bildirdi.

Marneuli merinin sözlərinə görə, hazırda bələdiyyədə ərzaq və dərman preparatları kifayət qədərdir, əgər mağazalarda ərzaq qıtlığı olarsa, Tbilisidən gətiriləcək.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google