“Geo Hospitals”-ın Marneulidəki klinikasında götürülmüş analizlərin cavabı məlum olub
13:54 / 24.03.2020
“Geo
Hospitals”-ın Marneulidəki klinikasında təxminən 20 həkim və
xəstədən koronavirusla bağlı analiz götürülüb.
Klinikanın direktoru Tata Şenqelaianın “Marneuli” radiosuna verdiyi
məlumata görə, 20 testin hamısının cavabı mənfi olub.
22 mart tarixində bir nəfərdə koronavirus məhz “Geo Hospitals”-ın
Marneulidəki klinikasında aşkarlanmışdı. Həmin şəxs Tbilisi
Universitet Klinikasına aparılıb. Tata Şenqelaianın sözlərinə görə,
onların reanimasiya şöbəsində 9 nəfər var ki, hələ ki onların evə
buraxılması planlaşdırılmır. Xəstəxanada karantin elan olunub.
Ərazidə isə səhra xəstəxanası qurulub.
Xəstənin koronavirusla bağlı analiz cavablarını gözləyən yaxınları
xəstəxana ərazisindədirlər.