Koronavirusa yoluxmuş qadının qardaşına analizin cavabları hələ ki, məlum deyil
Koronavirusa yoluxmuş qadının
"Marneuli" radiosu ilə söhbət edən ailə üzvünə testin cavabını hələ
deməyiblər.
“Dünən analiz götürmək üçün evə gəldilər. Ondan sonra
heç nə baş verməyib. Mərhələli şəkildə gəlib bizi yoxlayırlar.
Analizlərin cavabı bu gün məlum olmalıdır. Bacımın vəziyyəti ilə
bağlı məlumatım yoxdur. Onun haqqında yalnız televiziyadan nə isə
eşidirik. Gah yaxşı, gah da pisdir deyirlər”, –
virusa yoluxmuş qadının qardaşı deyir.
Koronavirusa yoluxmuş Marneulili qadının ailə üzvləri özlərini
yaxşı hiss edirlər. Qardaşının məlumatına görə, onların boğaz
ağrısı yoxdur, öskürmürlər və istiləri də yoxdur. Ailəyə tez-tez
həkim gedir və onların səhhətini yoxlayır. Ailə karantindədir. Hələ
ki, heç kim klinikaya aparılmayıb.