Marneulili qadının 4 nəfər ailə üzvündə koronavirus aşkar edilib – Paata İmnadze
Marneulidə virusa yoluxmuş qadının 4 nəfər ailə üzvündə koronavirus
aşkarlanıb.
Bu barədə məlumatı Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin direktor müavini Paata İmnadze Qurumlararası
Koordinasiya Şurasının iclasından sonra verib.
“Yenə də bir qadın xüsusi nəzarət altındadır. O,
Marneulidən gətirilib. Daha bir neçə nisbətən ağır xəstə var,
qalanların vəziyyəti qənaətbəxşdir və bir neçə xəstə yenə evə
buraxılmaq üçün hazırlaşır.
Ölkədə aşkarlanan halların heç birində yeni klasterlər olmaması çox
mühümdür. Bu 4 nəfər həmin qadının ailə üzvləridir. Bu çox sıx
ünsiyyətdən yaranıb”, – Paata İmnadze deyib.
Qeyd edək ki, Marneulili xəstə “Geo Hospitals”-a yerləşdirilmişdi.
Koronavirusla bağlı klinikanın 20 həkimi və xəstələr müayinədən
keçib. Həmin xəstəxananın direktoru Tata Şenqelaianın “Marneuli”
radiosuna bildirdiyinə görə 20 nəfərin hamısının anazizlərinin
cavabı mənfidir.
23 mart tarixində hökumət Marneuli və Bolnisidiə sərt karantin
rejiminə qərar verib. Bələdiyyələrə giriş-çıxış bağlıdır və
vətəndaşların hərəkəti məhdudlaşdılıb.