Koronavirusa görə Kürtlər ərazi vahidliyinə daxil olan kəndlərdə əhalinin temperaturu ölçülür
Koronavirusa görə Kürtlər ərazi vahidliyinə daxil olan Baydar və Böyük Muğanlı kəndlərində həkim briqadaları tərəfindən əhalinin temperaturu ölçülür və tövsiyələrə riayət etməyə çağrılır. Bu haqda məlumatı Marneuli bələdiyyə məclisinin deputatı Omar İrişov verdi. Onun sözlərinə görə, ərazi vahidliyində bu gün iki həkim briqadası çalışırdı və sabahdan onlara bir həkim briqadası da qoşulacaq.

Omar İrişovun sözlərinə görə, bu gün Baydar və Böyük Muğanlı kəndlərində 100-ə yaxın sakinin temperaturu ölçüldü və onlarda yüksək hərarət müşahidə olunmadı.

Bələdiyyə Məclisinin deputatı onu da əlavə etdi ki, sabahdan Kürtlər, Lejbəddin və Xutor Lejbəddin kəndlərində də əhalinin istiliyi ölçüləcək və tövsiyələrə riayət etməyə çağırılacaq.

Xatırladaq ki, 22 mart tarixində Marneulidə 60 yaşlarında qadında koronavirus aşkarlanıb. O, Tbilisinin Universitet Klinikasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Bu haqda Gürcüstanın Baş naziri Qiorqi Qaxaria 23 mart tarixində saat 00:30-da brifinqdə bildirib. Hökumət qeyd olunan qərarı Marneulili qadında koronavirus aşkarlandıqdan sonra verib. Hazırda Marneulidə koronavirusa yoluxmuş şəxsin təmasda olduğu 1700 nəfər araşdırılır.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google
დაიცავი დისტანცია