Bu gün, 25 mart tarixində Marneuli küçələrində dezinfeksiya
aparılıb. Dezinfeksiya üçün məhlulu bələdiyyə alıb.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri
Mariam Xaçidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
indiki mərhələdə yalnız şəhər küçələrinin dezinfeksiyası
planlaşdırılır. İşlər güman ki, kəndlərdə də davam etdiriləcək,
ancaq vaxt məlum deyil.
Koronavirusa yoluxmuş ailənin yaşadığı küçədə də dezinfeksiya
işləri aparılacaq. Marneulili qadında “covid-19” virusu 22 mart
tarixində aşkarlanıb. 24 mart tarixində isə koronavirusla bağlı
onun dörd nəfər ailə üzvünün analiz nəticələri müsbət çıxıb. Hələ
ki, ailənin yaşadığı küçədə dezinfeksiya işləri aparılmayıb.
“Marneuli” radiosu bələdiyyəyə hansı miqdarda dezinfeksiya məhlulu
verilib və neçə küçənin dezinfeksiyası üçün yetərli olacağını
müəyyənləşdirir.
Marneulidə kranatinin üçüncü günüdür. Marneuli və Bolnisi
bələdiyyələrində sərt karantin rejimi 23 mart tarixində tətbiq
olunub. Hökumət Marneulili qadının koronavirusa yoluxmasından sonra
bu qərarı verib.