“Dezinfeksiya məhlulu əhali üçün təhlükəli deyil” – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi (VİDEO)

Bu gün, 25 mart tarixində Marneulidə küçələrdə dezinfeksiya işləri aparılır.


Xüsusi texnika vasitəsi küçələrə dezinfeksiya məhulu səpir.



Hazırda şəhərdə əhali də hərəkət edir və əsasən bankların qarşısında dururlar. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, dezinfeksiya məhlulu əhali üçün təhlükəli deyil.



Kəndlərdə də dezinfeksiya işləri aparılacaq. Təxminən saat 16:00-da Saimerlo kəndində dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, Marneulidə karantinin üçüncü günüdür. Marneuli və Bolnisi bələdiyyələri 23 mart tarixində sərt karantin rejiminə keçib. Bu qərar Marneulili qadının virusa yoluxmasından sonra qəbul olunub.

 

 

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google
დაიცავი დისტანცია