Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının həkimi - Marneulidən gətirilən körpə sünii tənəffüs aparatına qoşulub, xəstə ağırdır, ancaq ümidsiz deyilik
Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının həkimi Lali Turdzeladzenin açıqlamasına görə, Marneulidən aparılan yeni doğulmuş körpədə ciddi tənəffüs sistemi çatışmazlığı sindromu qeydə alınıb. Həkimin sözünə görə, körpədən koronavirus üçün analiz götürülüb və bu axşam cavab məlum olacaq.

“Bu körpə 14 günlükdür. Koronavirusla bağlı analiz götürdük. Cavab gecə olacaq. Hazırda süni tənəffüs aparatına qoşulub. Xəstə ağırdır, amma ümidsiz deyilik. Onun ciddi tənəffüs sistemi çatışmazlığı sindromu var və adi rejimdə reanimasiya edilir. Bu yeni doğulmuş körpələr üçün protokolla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Tənəffüs sistemi çatışmazlığı sindromu ağciyərlərin iltihabından daha çətindir.

Biz hərtərəfli çalışırıq ki, körpəni bu vəziyyətdən çıxaraq. Hər şey protokola əsaən edilir və cavab gözləyirik”,
– Lali Turdzeladze “Tv Pirveliyə” bildirib.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google