Gürcüstanda koronavirusa yoluxanları sayı artdı
Gürcüstanda koronavirusa yoluxanların sayı iki nəfər artaraq 77
nəfərə çatıb.
Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında
yayımlanıb.
Saytda yayımlanmış məlumata görə, 4055 nəfər karantində, 252 nəfər
isə stasionar nəzarət altındadır.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxan 75 nəfərdən 10
nəfəri artıq sağalıb.