Dünya miqyasında koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Dünya miqyasında koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib.

"Worldometers"-in məlumatına görə, yeni koronavirusa yoluxanların sayı 1 000 889 nəfərə çatıb. 51 371 nəfər virusdan dünyasını dəyişib. Sağanların sayı isə 210 214 nəfərdir.

Hazırda virusdan əziyyət çəkənlərdən 37 702 nəfərin (5%) vəziyyəti ağırdır. Koronavirusa yoluxanların sayına görə ABŞ birincidir, burada ümumilikdə 235 747 nəfər yoluxub.

Mənbə: İnterPressNews
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google