Gürcüstanda 57 yaşlı qadın koronavirusdan dünyasını dəyişib
Gürcüstanda daha bir nəfər koronavisudan dünyasını dəyişib. Bununla da virusdan ölənlərin sayı 9 nəfərə çatıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb.

Publika.ge saytının yaydlğı məlumata görə, dünyasını dəyişən şəxs 57 yaşlarında bir qadındır. O, universitet klinikasında müalicə olunurmuş.

4 may tarixinə olan məlumata görə, Gürcüstanda Covid-19 virusuna 589 nəfər yoluxma faktı qeydə alınıb, onlardan 223 nəfər müalicə olunaraq sağalıb, 9 nəfər isə vəfat edib.

Saytda yayımlanan məlumata görə, hazırda 4830 nəfər karantin rejimində, 521 nəfər isə stasionar müşahidə altındadırlar. Xaricdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşların sayı isə 3 nəfərdir. Bir nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda ölkədə koronavirusdan 357 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google