Gürcüstanda koronovirus səbəbindən 14-cü pasiyent vəfat etdi
Gürcüstanda koronavirus səbəbindən 14-cü pasiyent vəfat etdi, - bu barədə məlumatı “Mtavari” kanalına Bir Saylı Universitet Klinikasının direktoru Levan Ratiani təsdiq edib.

Onun sözlərinə görə, vəfat edən şəxs 68 yaşlı kişidir.

Ratiani deyib ki, vəfat edən pasiyent aprelin 4-də Sepsis Mərkəzindən Bir Saylı Universitet Klinikasına köçürülübmüş. Onun vəziyyəti elə gətirildiyi ilk gündən kritik pis olub. Onun sözlərinə görə, pasiyentin ağciyər toxumaları tamamilə zədələnibmiş.

Ratiani vəfat edən kişinin hansı klasterə aid olduğu haqda heç nə deməyib.
Print