Gürcüstanda 5 yeni koronavirusa yoluxma halı aşkarlanıb və
yoluxanların sayı ümumilikdə 1341-ə çatıb.
Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Sağalanlara gəldikdə, onların sayı 4 nəfər artaraq 1092-yə
çatıb.
7082 vətəndaş karantin rejimindədir.
Ölkədə koronavirus səbəbindən 17 nəfər dünyasını dəyişib.
41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə
gətirilib.