Gürcüstanda daha iki xəstə koronavirusdan dünyasını dəyişdi.
Bununla da ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı 22
nəfərə çatdı.
Dünyasını dəyişən xəstələrdən biri Kutaisidəki "Bomondi"
klinikasında müalicə olunurdu. Əldə olunan məlumatlara görə, o,
Batumidən idi. Yaşlı qadının bir neçə xəstəliyi var idi və
vəziyyəti ağır idi. O, klinikaya bir neçə gün əvvəl müraciət
etmişdi.
Dünyasını dəyişmiş ikinci xəstəyə gəlincə, 67 yaşlı kişi Batumidə
müalicə alırdı. O, Batumi Respublika Xəstəxanasına
yerləşdirilmişdi.
Həkimlərin sözlərinə görə, kişinin başqa xəstəlikləri də var
idi.
“67 yaşlı kişi huşsuz vəziyyətdə idi. İnsult keçirmişdi və
vəziyyəti son dərəcə ağır idi. O, dünən gecə saatlarında öldü.
Hal-hazırda klinikada reanimasiya şöbəsində 20 xəstə var, onlardan
biri süni tənəffüs aparatına qoşulub. Altı nəfərə daima oksigen
verilir", – klinikadan bildirilib.
Mənbə: İnterPressNews